Accessibility links

Qeyri-zorakı hərəkatlar üçün yeni video-oyunlar


Qeyri-zorakı hərəkatlar üçün yeni video-oyunlar
Qeyri-zorakı hərəkatlar üçün yeni video-oyunlar

Vaşinqtonda yerləşən televiziya və film şirkəti York-Zimmerman mülki itaətsizliklə bağlı bir necə sənədli filmin istehsalçısıdır. Rejissor Stiv Yorkun dediyinə görə, filmlər ərəb dili daxil edilməklə, bir sıra dillərə tərcümə edilib. “Bu filmlərdən hərə öz diktatoru, avtoritar və repressiv rejimlərə qarşı qeyri-zorakı hərəkatı üçün istifadə edir” .

Stiv York dediyinə görə, ən populyar film “Diktatorun devrilməsi” filmidir. Bu sənədli filmdə sabiq Yuqoslaviya prezidenti Slobodan Miloşeviçə qarşı qeyri-zorakı strategiyalar nümayiş etdirilir. 2000-ci ildə mübahisəli seçkilərdən sonra istefa verən Miloşeviç daha sonra müharibə cinayətkarı kimi həbs edilmiş, mühakiməsi bitməzdən əvvəl dünyasını dəyişmişdi.

York- Zimmermanın əməkdaşı İvan Maroviç tələbə ikən Miloşeviç əleyehinə OTROP hərəkatına rəhbərlik edirdi. O, şirkət tərəfindən qeyir-zorakı strategiyaları nümayiş etdərən video-oyunların istehsalı üçün işə götürülüb. Ən son oyunlardan biri “Xalq qüdrəti-vətəndaş itaətsizliyi “ oyunu qeyri-zorakı hərəkatlar, etiraz aksiyaları, tətillər və boykotların təşkili barədədər. Amerikanın səsinə telefon müsahibəsi zamanı Maroviç oyunlarla əsasən gənclər və ziyalıların maraqlandığını deyib.“Oyunlar düzgün hərəkat üçün siyasi mübarizələrin mürəkkəbliyi, nüansları və təfərrüatlarından bəhs edir .

Stiv York dediyinə görə, bu oyunlar misilsizdir.“Bizə aydın oldu ki, qeyri-zorakı mübarizəyə qalxan insanların nə lazımi materialları, nə də texknikaları var” .

Vaşinqtonda yerləşən Qeyri-zorakı Münaqişələr Mərkəzinin prezidenti Cek Duvall oyunlardan universitetlərin də istifadə etdiyini deyir. “Yüzlərlə siyasi elmlər üzrə mütəxəssis və tələbə oyunlardan tədris proqramlarında istifadə edir” .

“Xalq qüdrəti” video- oyunu internetdən yüklənə blər. Dəyəri 10 dollardır. Lakin Stiv Yorkun dediyinə görə, oyunları pulsuz da əldə etmək mümkündür. Belə ki, onlar bir sıra bölgələrdə artıq əldə edilib.“Latın Amerikası,Şərqi Avropa, Asiyanın bəzi bölgələrində, xüsusilə Afrika və Yaxın Şərqdə .

Xalq qüdrəti video-oyunu hələ ki, yalnız ingilis dilindədir. Lakin Stiv York oyunun yaxın zamanda ərəb, rus, fars və ispan dillərinə tərcümə ediləcəyini deyir.

XS
SM
MD
LG