Qərbi Azərbaycan Əmək İdarəsinin baş direktoru, Qərbi Azərbaycan vilayətində 62 mindən çox işsiz universitet məzununun olduğunu açıqlayıb.
Vilayətin əmək İdarəsinin baş direktoru bu barədə İSNA xəbər agentliyinə məlumat verib.
Qərbi Azərbaycan Vilayətinin Əmək İdarəsinin baş direktoru Rıza Tağızadə, vilayətdə 432 min universitet məzununun olduğunu, onlardan 62 mininin işsiz olduğunu bildirib.
Tağızadənin sözlərinə görə, bütöv İranda gənc və universitet məzunları arasında işsizlik nisbəti 18 faizdir. Təəssüf ki, Qərbi Azərbaycan vilayətində bu rəqəm təxminən 23 faizdir. Yəni Qərbi Azərbaycanda hər 100 gənc və universitet məzunundan biri işsizdir.
O, İrandakı gənclər arasında orta hesabla işsizliyin keçən hər il müddətində 1 faiz nisbətində azalmasına işarə edib, ancaq Qərbi Azərbaycanda statistika rəqəmlərə görə işsizliyin azalma göstərməmklə yanaşı 3 faiz artdığını açıqlayıb.
Tağızadənin sözlərinə görə, Qərbi Azərbaycan şəhərləri arasında ən yüksək işsizlik nisbəti 23 faiz ilə Sərdəşt şəhərinə aiddir. Ən aşağı işsizlik nisbəti isə Makı şəhərində 6 faiz təşkil edir.
O, vilayətdə mövcud iş yerlərinin vəziyyətinə də toxunaraq bildirdi ki, vilayətdə iş yerlərinin əksəriyyəti kənd təsərrüfatı ilə əlaqədar olduğu üçün mövsümlərin dəyişməsi ilə işsizlik statistikası da dəyişir.
İran Statistika Mərkəzinin məlumatına görə, ölkədə keçən yaz mövsümündə universitet məzunu olanların 40 faizdən çoxu işsizdir.