Azərbaycan Nazirlər Kabineti Qəbələ RLS-in daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya birgə komissiyasının Azərbaycan tərəfdən tərkibinin formalaşdırılması barədə sərəncam imzalayıb.
Komissiyaya tapşırılıb 1 ay müddətində Qəbələ RLS-in əmlakının inventarlaşdırılmasını həyata keçirsin və nəticələri barədə məlumatları Nazirlər Kabinetinə təqdim etsin.
Azərbaycan tərəfdən komissiyanın sədri, ölkənin Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini vəzifəsini icra edən Altay Mehdiyev təyin edilib.
Komissiyaya Müdafiə Nazirliyinin müxtəlif qoşun hissələrinin nümayəndələri, Dövlət Əmlak Komitəsi, Xarici İşlər, Ədliyyə, Daxili İşlər, Müdafiə Sənayesi, Rabitə və İnformasiya Texnologiyaları, Ekologiya Nazirlikləri, Torpaq və Gömrük komitələri, Elmlər Akademiyası, “Azərenerji” ASC, “Azərsu” SC və digər qurumların təmsilçiləri daxildir.
1985-ci ildə istismara verilən Qəbələ RLS keşmiş SSRİ-nin raketdən müdafiə kompleksinin əsas stansiyalarından biri olub. Bu stansiya 6 min kilometr məsafədə hava məkanını nəzarətdə saxlayır. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya icarəyə verib. İcarə müddəti 2012-ci ilin dekabrında başa çatıb.
Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 10-da bəyanat yayaraq bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Qəbələ Radiolokasiya Stansiyası danışıqlarında razılaşma əldə olunmayıb və stansiyanın istismarı dayandırılıb.
Rusiya müdafiə nazirinin müavini Oleq Ostapenko bildirib ki, Rusiyanın Azərbaycandakı Qəbələ RLS-in icarəsini dayandırması ölkənin təhlükəsizliyinə təsir etmir.
Onun sözlərinə görə, Krasnodar diyarının Armavir şəhərində döyüş növbətçiliyində olan stansiya Qəbələ RLS-in cavabdeh olduğu ərazini artıq nəzarətdə saxlayır.