QİÇS-lə qlobal mübarizəyə dair Nyu-York konfransı bu gün işini başa çatdırır. Əldə edilən razılıqlara 15 milyon HİV virusu daşıyıcılarının 2015-ci ilədək anti-virus dərmanları ilə təmin edilməsi də daxildir. Beləliklə hazırda dərman qəbul edənlərin sayı iki dəfədən artıq olacaq. Konfrans iştirakçıları 2015-ci ilədək virusla doğulan uşaqların sayının azaldılmasını da qarşıya məqsəd qoyub. 2009-cu ildə QİÇS-ə səbəb olan HİV virusu ilə 370 min körpə dünyaya gəlib. Onların əksəriyyəti Böyük Səhraaltı ölkələrin payına düşür. BMT gələn 4 il ərzində HİV ilə doğulan uşaqların sayının 90 faiz azaldılacağını bildirir. ABŞ yeni təşəbbüslərə 75 milyon dollar məbləğində yardım vəd edir.