Accessibility links

Qazipurdan Ruhaniyə ‘Türk nazir çoxalsın’ çağırışı medianın gündəmində


Urmiyə millət vəkili Nadir Qazipurun prezident Həsən Ruhanidən kabinetdə türk nazirlərin sayını artırmasına dair tələbi İran xəbər agentliklərindən əlavə Türkiyənin Anadolu agentliyi və çoxtirajlı qəzetlərinin də gündəmində yer alıb.

Nadir Qazipurun İran Parlamentindəki nitqində dilə gətirdiyi sözlər İSNA agentliyində dərc edilib.

“Nazir seçimində türk nazirlərin kvotası artmalıdır. Siyahıda bacarıqlı, mütəxəssis və məsuliyyətli türk nazirlərin adı keçmədiyi təqdirdə, hökümət 110 üzvü olan Türk Fraksiyasından etimad səsi gözləməsin,” deyə Qazipur məclisdə səsləndirib.

Nadir Qazipur, millət vəkili
Nadir Qazipur, millət vəkili

“İran vətəndaşlarının təqribən 50 faizi şimaldan cənuba, şərqdən qərbə şirin türk dilində danışırlar,” deyə, urmiyəli siyasətçi türk dilinin məktəblər və universitetlərdə tədrisi tələbini təkrar gündəmə gətirib.

Qazipurun çağırışı Türkiyənin Anadolu agentliyi, Akşam və Yeni Akit kimi qəzetlərində ətraflı şəkildə əks edilib.

XS
SM
MD
LG