Qazaxıstan parlamenti patriarxal prezident Nursultan Nazarbayevin prezidentlik müddətinin 2020-ci ilədək uzadılmasına dair referendum çağırıb. Belə bir təşəbbüslə bu gün çıxış edən Aşağı Palatanın nümayəndələri bu qərarı qəbul etməklə, populyar prezidentin 2012-ci ilə seçkilərində iştirakına ehtiyac olmayacağını deyirlər. Prezidentin ofisi isə məsələ ilə bağlı mövqeyini bildirməyib.
70 yaşlı Nazarbayev keçmiş Sovet dövlətinə artıq 20 ildir ki, başçılıq edir. Parlamentin Aşağı Palatası praktiki olaraq prezidenti dəstəkləyir. Müxalifətin bir yer də ala bilmədiyi Palatada hakim partiya dominant qüvvədir.