Accessibility links

Maroş Şefçoviç: Azərbaycanın ixracının 50%-i, idxalının 30%-i Avropa İttifaqının payına düşür


Maroş Şefçoviç
Maroş Şefçoviç

Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında iştirak etmək üçün fevralın 12-də Bakıya gələcək. Bu barədə Avropa İttifaqının Bakı ofisi məlumat yayıb.

Görüşdə Avropa İttifaqı və Azərbaycan nümayəndələrindən başqa Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan kimi tranzit ölkələrdən olan nazirlər, eləcə də TAP və TANAP boru kəməri operatorlarının nümayəndələri iştirak edəcək.

Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır. Strateji enerji tərəfdaşlığımızın mərkəzində “Cənub” qaz dəhlizi durur.

“Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır. Strateji enerji tərəfdaşlığımızın mərkəzində Cənub Qaz Dəhlizi durur. Biz, daha böyük iqtisadi əməkdaşlıq təşviq edə biləcək, enerji təhlükəsizliyini artırmaqla dəhliz boyu bütün ölkələrdə 30 000-dən artıq iş yerinin açılmasına səbəb ola biləcək layihədir. Məqsədimiz 2019/2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir. Bu məsələ Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı olduğu kimi Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm hesab edilir”, M.Şefçoviç Azərbaycana səfəri ərəfəsində deyib.

Bu, M.Şefçoviçin son aylarda Azərbaycana ikinci səfəridir.

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin səfəri ərəfəsində APA agentliyinə müsahibə verib. Müsahibədə Avropa İttifaqının enerji siyasətinin perspektivlərindən danışılır.

Müsahibəni təqdim edirik:

- Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda keçiriləcək ilk iclasında iştirak edəcəksiniz. Bu görüşün keçirilməsi nə məqsəd daşıyır, bu görüşdən nə gözləyirsiniz?

- Məşvərət Şurasının məqsədi 2019-2020 ilədək Cənub Qaz Dəhlizinin işlək vəziyyətdə olması üçün prosesi siyasi səviyyədə idarə etməkdir. Məşvərət Şurasının qurulması Avropa Komissiyası ilə Azərbaycanın birgə təşəbbüsü olub, 2014-cü ilin noyabr tarixində Bakıya baş tutmuş səfərim zamanı Azərbaycan prezidenti İlham Əliyevlə aramızda razılaşdırılıb. Sabah mən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının ilk təsisat iclasında iştirak edəcəyəm. Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan kimi tranzit ölkələrdən olan nazirlər, eləcə də TAP və TANAP boru kəməri operatorlarının nümayəndələri iclasda iştirak edəcəklər.

- Avropa İttifaqı üçün Azərbaycan nə deməkdir?

Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. 2013-cü ildə ikitərəfli ticarət axını 17.9 milyard avro, yəni Azərbaycan ticarətinin 42%-dən artıq olub.

- Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır. Azərbaycan bu gün Aİ-nın ən iri və ən etibarlı enerji tərəfdaşlarından biridir ki, bu da qarşılıqlı iqtisadiyyatımız və enerji təhlükəsizliyimizə töhfə verir. Münasibətlərimizin özülünü təşkil edən enerji sahəsində strateji tərəfdaşlığımız var, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. 2013-cü ildə ikitərəfli ticarət axını 17.9 milyard avro, yəni Azərbaycan ticarətinin 42%-dən artıq olub. Sizin ixracın 50% Avropa İttifaqına yönəlir, idxal etdiyiniz malların 30%-i də Aİ-dan daxil olur. Strateji enerji tərəfdaşlığımızın mərkəzində Cənub Qaz Dəhlizi durur. Bu, daha böyük iqtisadi əməkdaşlıq təşviq edə biləcək, enerji təhlükəsizliyini artırmaqla dəhliz boyu bütün ölkələrdə 30 000-dən artıq iş yerinin açılmasına səbəb ola biləcək layihədir. Məqsədimiz 2019-2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir. Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı olduğu kimi, bu məsələ Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm hesab edilir.

- Neftin qiymət böhranı Avropanın enerji bazarına təsir edirmi? Azərbaycan və Aİ bəzi nəhəng enerji layihələrini reallaşdırmağı planlaşdırır. Neftin qiymətinin düşməsi və digər maliyyə böhranları bu layihələrin həyata keçirilməsininin gecikməsinə səbəb olacaqmı?

Biz neftin gələcək qiyməti haqqında ehtimal qura bilmərik.

- Biz neftin gələcək qiyməti haqqında ehtimal qura bilmərik. Aİ-nın enerji siyasəti və əsl Enerji İttifaqının qurulması qiymətin qeyri-sabitliyindən asılı deyil. Digər tərəfdən, neft idxalında və qazın vurulmasında qənaət edilmiş vəsait Aİ-nin əsas məqsədləri olan enerjidən səmərəli istifadə, bərpa olunan enerji mənbələri, innovasiya və müasir enerji infrastrukturu və qurğuları kimi sahələrdə səmərəli və perspektiv investisiyalara yönələ bilər.

-Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində nə kimi növbəti addımlar atılacaq? Ehtimallar barədə nə deyə bilərsiniz, layihənin işi ilə bağlı son tarix nə vaxtdır?

Cənub Qaz Dəhlizi gələcəkdə Aİ-nın qaza olan tələbatının 20% qədər hissəsini ödəmək potensialına malikdir.

- Cənub Qaz Dəhlizi ilə bağlı əsas hadisə 17 dekabr 2013-cü ildə baş tutub, Avropa Komissiyasının iştirakı ilə Bakıda “Şahdəniz 2” üzrə Yekun İnvestisiya qərarı imzalanıb. Layihənin icrası istiqamətində yaxşı tərəqqi əldə edilib, keçən il 10 milyard ABŞ dolları dəyərində müqavilələr imzalanıb ki, bu da ümumi investisiyaların 20%-dən artığını təşkil edir. “Şahdəniz 2” yatağının hazırlanması erkən tikinti mərhələsinə qədəm qoydu, ofşor platformalar, dənizaltı boru kəməri və onşor terminalların hazırlanması üçün müqavilələr artıq imzalanıb. Cənub Qaz Dəhlizinin hazırlanması istiqamətində növbəti addım Avropa ilə Xəzər hövzəsini birləşdirən infrastrukturun vaxtında tamamlanmasıdır. Bu baxımdan Trans-Adriatik Boru Kəməri (TAP) və Trans-Anadolu Boru Kəməri (TANAP) Cənubi Qafqaz boru kəməri ilə birlikdə 2019-2020 ilədək qazı Azərbaycandan Avropa bazarlarına çatdırmalıdır. Avropanın Enerji Təhlükəsizliyi Strategiyasına uyğun olaraq mənbə və təchizatçıların diversifikasiya edilməsi məqsədi baxımından Cənub Qaz Dəhlizi öz vacibliyini itirmir. İlkin olaraq, bu marşrut 2019-2020 ildə açılanda təxminən 10 milyard kub metr qaz nəql edəcək. Xəzər regionu, Yaxın Şərq və Şərqi Aralıq regionundan olan potensial təchizatları nəzərə alaraq, Aİ bu həcmi uzun müddətdə artırmaq niyyətindədir. Cənub Qaz Dəhlizi gələcəkdə Aİ-nın qaza olan tələbatının 20% qədər hissəsini ödəmək potensialına malikdir. Eyni zamanda Aİ Mərkəzi və Cənub Şərqi Avropada birləşdirici qaz kəmərini inkişaf etdirir, məqsəd Cənub Qaz Dəhlizi ilə Avropa istehlakçıları arasında bağlantını daha da təkmilləşdirməkdir. Bundan başqa, ötürülən qaz həcmini, Cənub Qaz Dəhlizinin Aİ-nin diversifikasiya məqsədləri üçün mühümlüyünü artıra biləcək Trans-Xəzər qaz boru kəmərinin tikintisi ilə bağlı Avropa Komissiyası, Azərbaycan və Türkmənistan arasında hələ də danışıqlar aparılır.

-Sanksiyalardan sonra Rusiya Türkiyə ilə enerji sahəsində əməkdaşlıq etmək qərarına gəlib. Bu barədə nə deyə bilərsiniz?

Cənub Şərqi Avropada və Ukraynada enerji təchizatının təhlükəsizliyi və qaz sahəsində əməkdaşlıq Avropa Komissiyası üçün birinci dərəcəli əhəmiyyət daşıyır.

- Doğrudur, Rusiya Cənub Axınını ləğv edib. Avropa Komissiyasının idarələri yekun mövqe tutmazdan əvvəl “Qazprom”un planının iqtisadi səmərəliliyi, eləcə və tənzimləyici və hüquqi əsaslandırılması, nəticələri baxımından onu təhlil edəcəklər. Hər bir halda, Avropa Komissiyası ehtimal edir ki, mövcud qaz müqavilələri çərçivəsində olan öhdəliklər yerinə yetiriləcək. Avropa Komissiyası “Qazprom”u ilkin mərhələdə Aİ-yə olan marağı itirməməyə və Cənub Şərq regionunda bütün təchizat variantlarını araşdırmağa çağırır. Cənub Şərqi Avropada və Ukraynada enerji təchizatının təhlükəsizliyi və qaz sahəsində əməkdaşlıq Avropa Komissiyası üçün birinci dərəcəli əhəmiyyət daşıyır.

Türkiyəyə gəldikdə, enerji tərəfdaşlığımızla bağlı Türkiyənin etibarlılığına şübhə etmək üçün heç bir səbəb görmürəm. 12 fevral tarixində keçiriləcək Məşvərət Şurasının təsisat iclasında Türkiyənin enerji naziri ilə görüşəcəyəm. Aİ-yə qoşulmaq üçün Türkiyə ilə aparılan danışıqlar baxımından komissiya hesab edir ki, Türkiyə və daha geniş regionla saxladığımız münasibətlərdə enerji siyasəti mühüm məsələdir. Komissiya inanır ki, Türkiyə 15-ci enerji fəsli üzrə danışıqlara başlamaq üçün kifayət qədər hazırlıqlıdır. Bu məqsədlə komissiya bu fəslin açılması üçün artıq 2007-ci ildə təklif verib, ancaq məsələ ilə bağlı indiyədək üzv dövlətlər arasında tələb olunan yekdillik əldə edilməyib. Komissiya müntəzəm əsasda bu məsələni üzv dövlətlərlə müzakirə edir, tərəqqinin Avropanın marağında olduğunu vurğulayır.

- Enerji sektorunda, xüsusilə də Azərbaycanla əməkdaşlıqda Aİ-nın nə kimi növbəti planları var?

Enerji İttifaqının əsas aspektlərindən biri həmrəylik və etimada əsaslanan təchizatların təhlükəsizliyi ilə bağlıdır.

- Bu ayın sonunda Avropa Komissiyası Enerji İttifaqının qurulması üçün daha təfərrüatlı planlar təqdim edəcək. Enerji İttifaqının əsas aspektlərindən biri həmrəylik və etimada əsaslanan təchizatların təhlükəsizliyi ilə bağlıdır. Buna görə də Avropa İttifaqı təchizat marşrutları və mənbələrini daha çox diversifikasiya etmək üçün göstərdiyi cəhdləri davam edəcək. Xüsusilə də Cənub Qaz Dəhlizinin töhfəçisi və "hərəkətverici qüvvəsi" kimi Azərbaycan bu məqsədlərin əldə edilməsində əsas rol oynaya bilər. Onu da əlavə etmək istərdim ki, Azərbaycanla əməkdaşlığımız tək Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır, 2006-cı ildə prezident Barroso ilə Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair AnlaşmaMemorandumunda qeyd edildiyi kimi, bərpa olunan enerji mənbələri, enerjidən səmərəli istifadə sahələrinin inkişafı, texniki yardım, qanunvericiliyin uyğunlaşdırılması kimi digər sahələrdə ikitərəfli əməkdaşlıq irəliləyə bilər.


XS
SM
MD
LG