Accessibility links

Dərvişlərin etirazlarını işıqlandırdığı üçün iranlı jurnalist yeddi il müddətinə həbs edilib


Undated photo of detained Iranian journalist Sadegh Qaisari, whom a state-controlled news site says has been sentenced to 7 years in prison for trying to cover Dervish anti-government protests in Tehran earlier this year.
Undated photo of detained Iranian journalist Sadegh Qaisari, whom a state-controlled news site says has been sentenced to 7 years in prison for trying to cover Dervish anti-government protests in Tehran earlier this year.

Azlıqda olan Qonadabi Dərvişlərini Tehranda hökumət əleyhinə keçirdiyi etirazları işıqlandırmağa cəhd etdiyi üçün jurnalist yeddi ilə müddətinə azadlıqdan məhrum edilib. Bu barədə İranın dövlət nəzarətində olan xəbər saytı yazıb.

Cümə axşamı Ensaf xəbər saytında yerləşdirilən məqalədə deyilir ki, onların müxbiri saxlanılan iranlı jurnalist Sadex Qaysarinin bu yaxınlarda ailəsinə məhkəmənin ona oxuduğu hökm haqqında məlumat verdiyini öyrənib

Ensaf bildirir ki, Qaysarinin sözlərinə görə yeddi il həbs müddətinə əlavə olaraq, hakim ona 74 şallaq vurulması, eyni zamanda media fəaliyyəti ilə məşğul olmağa və ölkədən ili il ərzində çıxmağa qadağan edilməsi qərarı verib. Sayt yazır ki, Qaysari özünə vəkil seçmək iqtidarında olmayıb.

İranlı insan haqları müdafiəçiləri deyir ki, polis Qaysarini Dərvişlərin etirazına getdiyi zaman həbs edib. 19-20 fevral tarixində Tehranda keçirilə etirazlar zorakılıqla müşayət edilib. Fəallar bildirirlər ki, Qaysari Dərviş deyil və etirazlar haqqında məlumat vermək onun iş borcudur.

XS
SM
MD
LG