Accessibility links

Qətər hava yollarına məxsus təyyarə dünyada ən uzun reysi həyata keçirib


Qətər hava yollarına məxsus təyyarə dünyada ən uzun reysi həyata keçirib. Təyyarə Qətərdən Yeni Zelandiyanın Okland şəhərinə 16 saat 23 dəqiqəyə çatıb.

Dohadan başlayan bu səyahət 14 535 kilomertlik məsafə təşkil edib. Bu uçuş daha əvvəl Əmirlik hava yollarının 17 saat 15 dəqiqə sürən səyahətini arxada qoyub.

777-200LR təyyarəsində hava şirkətinin baş icraçı direktoru Əkbər Əl-Baker də olub. O, uçuşu mühüm bir nailiyyət adlandırıb.

Təyyarə heyətinə 4 pilot və 15 kabin üzvü daxil olub. Rels boyu 1100 fincan qəhvə və çay, 2000 sərinləşdirici içki və 1036 ədəd yemək paylanıb.

Bu rekord göstərici Avstraliyanın 2018-ci ilin martında Pert və London arasındakı uçuşla yenilə bilər.

Uçuşun uzunluğu 14 min 498 kilomert olacaq, lakin uçuş müddəti daha uzun ola bilər.

XS
SM
MD
LG