Accessibility links

Qaşqay türkləri etiraz aksiyası keçirib


19-cu əsrdə yaşamış Qaşqay türklərinin böyük alim və şairi Mirzə Məzunun məzarının Şiraz Vəqflər Müdirliyi tərəfindən təxrib edilməsi əhali və Qaşqay elinin ictimai fəallarının etirazına səbəb olub.

Urmiyədə fəaliyyət göstərən Yol Press adlı internet qəzetinə istinadən, avqustun 11-də Şirazda etiraz aksiyası keçirən onlarla Qaşqay türkü məşhur şairin məzarının bərpasını tələb edib.

Yol Press-in mitinqdən yaydığı şəkillərdə etirazçıların üzərində “şairin məzarını məhv etmək, mədəniyyəti məhv etməkdir” və “Qaşqay eli türk dilini qoruyacaq” sözlər yazılmış plakatlar qaldırdığı görünür.

Qashqai Online saytının yaydığı məlumata görə, Mirzə Məzunun məzarı onun yaxınlığında dəfn edilmiş Müzəffərilər sülaləsinə (1314-1393) mənsub Şahzadə Mənsura məxsus bir məqbərə tikmək məqsədilə təxrib edilib.

19-cu əsrdə (1830-1895) yaşamış, ancaq Qaşqay elində bütün əsrlərin ən böyük şairi kimi tanınan Mirzə Məzunun əsl adı Məhəmməd İbrahimdir. O, türkcədən əlavə fars və lur dillərində də şeirlər yazıb.

XS
SM
MD
LG