İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin Bakının Neftçilər Prospektindəki idman sarayının arxasındakı yardımçı tikilidə yerləşən ofisi qarət edilib.
Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisinin özü bildirib.
Onun sözlərinə görə hadisə dünən axşam baş verib.
“Qarət zamanı ofisdən DVD-lər, kompüter, qiymətli əşyalar oğurlanıb. Otağın divarını sökərək içəriyə daxil olublar. Dəhlizdə televizor var. Onu da aparmaq istəyiblər, lakin apara bilməyiblər", o bildirib.
E. Behbudov hadisə barədə Səbayel Rayon Polis İdarəsinə məlumat verdiyini bildirib.
Hadisənin sadəcə oğuluq xarakterli daşıdığını deyən hüquq müdafdiəçisi qonşu ofisin də qarət olunduğunu bildirib.

"Araşdırmalar zamanı məlum oldu ki, binada təmir işləri aparan fəhlələr bizim oradan köçdüyümüzü, otağın boş olduğunu zənn edib divarı uçurublar. Ondan sonra da əşyaların ortalıqda qalmaması üçün digər otağa yığıblar. Artıq bütün əşyalar mənə təhvil verilib”.deyə Elçin Behbudov deyib.
Qeyd edək ki, 2008-ci ildə də hüquq müdafiəçinin avtomobilindən ona məxsus 30 min manatı oğurlanıb.