Accessibility links

Qara dənizlə Aralıq dənizi arasında yeni su yolu açılacaq


Qara dənizlə Aralıq dənizi arasında yeni su yolu açılacaq
Qara dənizlə Aralıq dənizi arasında yeni su yolu açılacaq

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan Bosfor boğazında ağır nəqliyyatın azaldılması məqsədi ilə Qara dənizlə Aralıq dənizi arasında yeni su yolunun açılacağını bəyan edib.Ərdoğan bu açıqlamanı iyun ayının 12-si seçkilərindən əvvəl keçirdiyi kampaniya zamanı verib. Baş nazir deyib ki, layihə 45 kilometr uzunluğa, 25 metr dərinliyə və 150 metr enə malik olacaq. Bosfor Qara dənizlə Aralıq dənizinə tökülən Mərmərə dənizini birləşdirir. Yeni kanal Bosforun Avropa hissəsində inşa ediləcək. Layihənin inşası 2023-cü ildə, Osmanlı İmperatorluğunun süqutundan sonra yaranan Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə başa çatdırılacaq.

XS
SM
MD
LG