Accessibility links

Bahar Muradova: Parlamentə QHT-lərlə bağlı yeni qanun layihələri daxil olmayıb


Bahar Muradova
Bahar Muradova

Paralmentə QHT-lərlə bağlı yeni qanun layihələri daxil olmayıb. Qanunvericiliyə bir müddət bundan əvvəl müəyyən dyişikliklər həyata keçirmişik. Hesab edirik ki, Azərbaycanda QHT qanunvericiliyi mövcud reallıqlar və qarşıdakı hədəflər nəzərə alınaraq qəbul edilib. Bu barədə Milli Məclisin sədr müavini Bahar Muradova Amerikanın Səsinin “Parlamentə QHT qanunvericiliyi ilə bağlı yeni layihələr daxil olubmu? Bir çox ekspertlər qanunvericiliyin vətəndaş cəmiyyəti ilə, xüsusilə xarici donorların Azərbaycanda fəaliyyəti ilə bağlı çox sərt olduğunu bildirir”, sualının cavabında bildirib.

O, eyni zamanda bu barədə müxtəlif təkliflərin ola biləcəyini də istisna etmir.

“Müxtəlif müzakirələr prosesində fikirlər səsləndirilə bilər. Bu təbiidir. Çünki həyat daim dinamik hərəkətdə olduğu kimi qanunvericilik də ona uyğun qurulur. Amma bu gün QHT qanunvericiliyi sahəsində yeni dəyişikliklərlə bağlı təkliflər yoxdur”, o qeyd edib.

XS
SM
MD
LG