Qadınların ailələri və cəmiyyətlərə verdiyi töhfələr əvəzsizdir. Onlar dünyada iqtisadi artıma yardım göstərirlər. “Qadınlara qoyulan investisiya bütün cəmiyyətlərin mənafeyinədir. Lakin bizim investisiyaları istiqamətləmək üçün lazımi informasiya bazamız yoxdur. ” Bu, ABŞ dövlət katibi Hillari Klintonun sözləridir.
O deyib ki, bir sıra ölkədə qadınların ilk uşalqarının nə zaman ana olduğu, onların əməyinin dəyərləndirilməsi və ya maaşlarının ödənməməsi barədə məlumat bazası yoxdur. “Dünya əhalisinin yarısını təşkil edən qadınlar barədə məlumat qıtlığı məlumat bazasının qara dəliyidir”- deyə Hillari Klinton bildirib.
Bu yaxınlarda gender bazası ilə bağlı konfransda çıxış edən ABŞ dövlət katibi deyib ki, məlumat bazası yalnız ölçü proqresi deyil, bu həm də ilham mənbəyidir. “Qadın və gender bərabərliyi bütün dünya üçün pozitiv nəticədir. Qadın və gender bərabərliyi haqda məlumat bazasının toplanması və təhlili hər kəsin mənafeyinə xidmət edir.”
O deyib ki, məlumat bazası yenilənməli, təhlil edilməli və əldə edilən nəticələr ictimaiyyətə açıqqlanmalıdır.
“Biz ictimai və özəl tərəfdaşlıq innovasiyaları vasitəsi ilə yeni texnologiyalar əldə etməliyik. Bununla məlumat toplanması yollarının xərclərini azaltmaq mümkündür. Biz milli statistika büroları təsis etməli, məlumatı ailmlər və siyasətçilərlə bölüşməliyik.”
ABŞ dövlət katibi Hillari Klinton “Data2X initiative” adlı gender fərqi barədə məlumatın toplanması və istifadəsi üsullarını əhatə edən yeni plan təqdim edib.
“Qadınların hüquqları və statuslarının inkişafı insan ləyaqəti məsələsi olmaqla yanaşı, rifah və təhlükəsizlik məsələsidir. Bərabərsizlik aradan qaldırılmasa, dünyada təhlükəsizliyin bərqərar edilməsi kimi strateji məqsədə nail olmaq mümkün olmayacaq. Gender məlumat bazasının yaradılması bu yolda atılan ilk addım olacaq.”