Accessibility links

Qadir İbrahimli: Azərbaycan ailəsi gəlirinin 80-90 faizini ərzaqa xərcləyir [Audio]


İqtisadçı Qadir İbrahimli
İqtisadçı Qadir İbrahimli

“Orta statistik azərbaycanlı ailəsi 4 nəfərdir. Ailənin orta aylıq gəliri 1000-1200 manatdırsa, bunun 80-90 faizi yalnız ərzaqa xərclənir. Amma hər ailənin gəlirləri də 1000-1200 manat deyil”.

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli Amerikanın Səsi radiosuna bildirib ki, Azərbaycanda Dövlət Statistika Komitəsinin əhalinin orta aylıq əmək haqqının 60 faizindən çoxunu ərzaqa xərcləməsi ilə bağlı məlumatı həqiqəti əks etdirmir. “Orta statistik azərbaycanlı ailəsi 4 nəfərdir. Ailənin orta aylıq gəliri 1000-1200 manatdırsa, bunun 80-90 faizi yalnız ərzaqa xərclənir. Amma hər ailənin gəlirləri də 1000-1200 manat deyil”.

Qadir İbrahimli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:21 0:00
Direct link

Ekspert hesab edir ki, Azərbaycanda yoxsulluq kriteriyası ilə, qərb ölkələrində yoxsulluq kriteriyası çox fərqlidir. “Qərb ölkələrində əhalinin yüksək qiymətli təhsil və səhiyyəyə əli çatmayan hissəsi yoxsul adlandırılır. Azərbaycanda ən bahalı klinika Mərkəzi Klinik Xəstəxanadır. Avropa dəyərlərinə görə gəlirləri bu xəstəxanada müalicə üçün bəs etməyən insan yoxsul sayılmalıdır. Azərbaycanda isə aylıq gəliri 100 manatdan aşağı olan insanlar yoxsul hesab edilir. Hansı ki, 100 manat bir insanın aylıq qida rasionuna belə bəs etmir”.
Bu gün Avropa Birliyinin aparıcı dövlətləri olan Almaniya və Fransada əhalinin 15-16 faizi yoxsul hesab edilirsə, bunun Azərbaycanda 5-6 faiz olması təəccüblü görünə bilər.
XS
SM
MD
LG