Accessibility links

AŞPA prezidenti: 8 Mart Qadınlar Günü münasibətilə qadınların hüquqları uğrunda mübarizə aparanları salamlayıram


Ann Basser
Ann Basser

AŞPA prezidenti Ann Brasser 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınların hüquqları uğrunda mübarizə aparanları salamlayıb.

“Beynəlxalq Qadınlar Günü münasibətilə (8 mart) hər gün qadınların işlərini irəlilətmək üçün mübarizə aparan bütün qadınlara və kişilərə heyranlığımı və dəstəyimi ifadə etmək istərdim”, deyə AŞPA-nın saytında yerləşdirilmiş bəyanatda bildirilir.

“Bu gün biz görürük və məmnuniyyətlə qeyd edirik ki, getdikcə daha çox qadın dövlət işlərinə cəlb edilir, siyasətdə, vətəndaş cəmiyyətində, özəl sektorda yüksək mövqelər tutur. Onlar yeni nəsil üçün nümunə olmalı, onları daha fəal olmağa həvəsləndirməlidir. Amma bu təşviq təkcə fəal qadınların deyil, həm də kişilərin vəzifəsi olmalıdır”, deyə Brasser bildirir.

AŞPA prezidenti olduğu müddətdə Brasser müstəsna istedad, cəsarət, qoçaqlıq və qətiyyət göstərən çox sayda qadınla qarşılaşıb. O, ötən il Strasburqda Brasserlə tanış olduqdan qısa müddət sonra həbs edilmiş Azərbaycanlı jurnalist Xədicə İsmayıl kimi vətəndaş cəmiyyəti fəallarını xüsusilə qeyd edir.

XS
SM
MD
LG