Accessibility links

Qadın namizədlərə yardım edən onlayn resurslar [Video]


Qadın namizədlərə yardım edən onlayn resurslar
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Baxmayaraq ki, qadınlar ABŞ əhalisinin yarısından çoxunu təşkil edir, hər 5 siyasətçidən yalnız biri qadındır. Çoxları deyir ki, 2018-ci il Amerika siyasəti sahəsində “Qadınlar ili” ola bilər, çünki qadınların siyasi vəzifəyə gəlmələri üçün yeni vasitələr mövcuddur.

Bu Erin Apçörçün ilk seçki kampaniyası videosudur.

O daha öncə heç vaxt siyasi vəzifəyə namizədliyini irəli sürməyib.

Bizi bu cür dəstəkləyən və çoxlu resurslara malik insanların olması böyük işdir.
Erin Apçörç

Apçörç bu sosial media klipi üçün heç bir vəsait ödəməyib. Klipin hazırlanması üzərində işləyən hər kəs könüllüdür.

“Bizi bu cür dəstəkləyən və çoxlu resurslara malik insanların olması böyük işdir”, Apçörç deyir.

2016-ci ildə keçirilən seçkidən öncə şirkət sahibi Meqan Park videoqrafiya sahəsindəki təcrübəsindən istifadə edərək siyasətin üzünü dəyişmək qərarına gəlib. O, proqressiv namizədlər üçün Putting Women in Their Place (qadınlara öz layiqli yerlərini vermək) adlı vebsayt yaradıb və köhnə iş həmkarlarından yardım istəyib.

“Hər bir insan ‘bu çox gözəl ideyadır. Mən nə edə bilərəm? Mən də qoşulmaq istəyirəm’ dedi”, o bildirir.

Putting Women in Their Place qadınlara ilk siyasi yarışlarında yardım edən bir çox sosial media resurslarından biridir.

Demokrat qadınlar üçün nəzərdə tutulan siyasi proqram Emerge diqqəti qadın namizədlərin üzərinə çəkməq məqsədilə Why SheRuns (O nə üçün namizədliyini irəli sürüb) heşteqi altında Twitter kampaniyası başladıb.

Sheila layihəsi vebsaytlar hazırlayır və bunun müqabilində proqressiv namizdələrdən sadəcə onların ödəyə biləcəyi məbləği alır. Crowd pac namizədlərə namizədləriklərini rəmsi olaraq elan etmədən öncə nə qədər ianə toplaya biləcəklərini proqnozlaşdırır. Əgər həmin insanlar namizədliklərini geri çəksə, donorlardan pul alınmır.

Aristotle-in xüsusi donor siyahıları hazırlamaq üçün 190 milyon seçicidən ibarət məlumat bazası var.

Nevadal; demokrat Katerin Kortez Masto
Nevadal; demokrat Katerin Kortez Masto

Polis qapı-qapı gəzib seçiciləri səsverməyə dəvət edənlər üçün xəritələr hazırlayan mobil applikasiyadır.

Bu saytların hər biri siyasətə yeni qoşulanlar üçün çox əlverişlidir. Lakin bir çoxları deyir ki, qadınların namizədliklərini irəli sürməsinin başlıca yolu buna daha erkən yaşlarında, gənc qız olarkən başlamaqdan ibarətdir.

“Prezident çox məşğuldur, mən isə ailəmlə daha çox zaman keçirmək istəyirəm”, deyə doqquz yaşlı Reyçel Mişel Çen bildirir.

Şayla Sinqer isə fərqli düşünür.

“Məktəbdə bəziləri ‘mən prezident olmaq istəyirəm deyir’. Məncə, bu çox maraqlı səslənir”, 11 yaşı olan Şayla söyləyir.

Kim bilir, bəlkə də qadınlar Şaylanın 25 il sonra prezident olmasına yol aça bilər.

XS
SM
MD
LG