Mərhəmət, şəfqət, ədalət – Bunlar uğrunda mübarizə aparan 10 qadın Birləşmiş Ştatlar Dövlət Departamentinin beynəlxalq “Cəsarətli Qadın” mükafatına layiq görülüb.
Martın 23-də Vaşinqtonda dünyaya qul olaraq gələn, sonradan vətəndaş haqları fəalı olan, hazırda isə Mavritaniya Milli Assambleyasında deputat vəzifəsində çalışan Lmalouma Səid də daxil olmaqla, qadınlara mükafatları birinci xanım Milaniya Tramp təqdim edib.
1998-99-cu illərdə Yuqoslav və Serb ordusu tərəfindən işgəncə verilən, zorlanan və qətliamdan sağ çıxan albaniyalılarla işləyən qadın da daxil olmaqla, Los-Ancelesdə keçirilən təqdimat mərasiminə qadınlar müxtəlif ölkələrdən gəlib. Kosovadan Fəridə Rüşti: “Mən anaların, qızların, uşaqların və valideynlərin çox sayda hekayəsini dinləmişəm, Onların hekayələrinə qulaq asıb ağlamışam, onların dərdlərini bölüşmüşəm.”
O, əsasən də qadınlara olmaqla, qaçqınlara yardım proqramı hazırlayıb. “Psixo-terapiya, müalicə, lazım gələrsə hüquqi yardım, sosial dəstək. Çünki bu qadın və qızların əksəriyyəti yoxsulluqda yaşayır” deyə, Fəridə Rüşti bildirir.
1994-cü il Ruanda genosidi daha bir qadının günahkarları ədalət məhkəməsi qarşısına çıxarmağa məcbur etmişdi. Onun qızı və həyat yoldaşı yəqin ki, o fəal olduğu üçün qətlə yetirilib. Hazırda isə o, cinsi zorakılığa məruz qalanlara yardım edir. Qodeliv Mukasarasi: “Əvvəcə onları tapmalı, sonra foruma cəlb edib, bir yerdə aldıqları travma ilə necə mübarizə aparmalarına yardım edirik.”
Hondurasdan patoloqo-anotom, Qazaxıstandan isə cinayət vəkili cinsi zorakılıq qurbanlarının hüquqlarını müdafiə edir. Ayman Umarova: “Qazax qadınlarına cinsi əlaqə barədə danışmaq qadağan idi. Lakin bu gün cinsi təcavüzdən açıq danışmaq lazımdır”
Onun dediyinə görə, hələ ki belə qadağalar mövcuddur onun ölkəsi səsini ucaldanların hüququnu qorumalıdır. “Məhkəmə işlərinin çoxu qurbanlara heç bir kompensasiya ödənilmədən başa çatır.”
Ayman Umarova bunun dəyişməsi uğrunda mübarizə aparır.
Los-Anceles forumunun təşkilatçısı qadının qanunsuzluğa qarşı ayağa qalxmalı olduğunu deyir. "Nation Builder" təşkilatının icraedici direktoru Lia Endres: “Bəzi qadınların vətənlərində yaşadıqları ilə müqayisədə bəlkə də bu, kiçik görünür. Amma qadın və qıalrın susdurulması və əzilmsi bütün bəşəriyyətə təsir göstərir.
Və o, bu qadın fəalların qlobal təsirləri olduğunu deyir.