Accessibility links

Qəzza militantları İsrailə hücum edib


İsrail ordusu çərşənbə günü döyüş təyyarələri və vertolyotlarının Qəzza zolağında Həmas hədəflərinə qarşı yeni hava hücumları həyata keçirdiyini, Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin isə Fələstin anklavı ilə sərhəddə olan ərazilərə atılan reaktiv mərminin qarşısını aldığını bildirib.

İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, hava hücumları raket və silah-sursat zavodları, habelə hərbi təsislər və təlimlərin keçirildiyi məkanları hədəf alıb.

Hər iki tərəf çərşənbə axşamı bir-birinə qarşı minomyotla atəş açıb. Bu onlar arasında 2014-cü ildə 50 günlük müharibədən bəri ən böyük qarşıdurma olub.

"İordan çayının qərb sahilində, Qüdsdə, xüsusilə də Qəzza da çətin günlər yaşanır. İsrailli işğalçılar bugün raketlər və təyyarələr vasitəsilə Qəzza zolağına qarşı şiddətli təcavüzə başlayıb. Bu onu göstərir ki, bu işğal siyasəti sülh istəmir. Amma biz sülh istəyirik və sülhü tələb edirik," deyə fələstinlilərin prezidenti Mahmud Abbas bildirib.

İsrail qüvvələri mart ayının sonundan bəri 115 fələstinli öldürüb və bu, gücdən istifadə etdiklərinə görə onların tənqid olunmasına səbəb olub. İsrail zorakılığın təşviqində militant Həmas qrupunu günahlandırır, özünün isə bu addımları sərhədini qorumaq məqsədilə atdığını bildirir.

Birləşmiş Ştatlar Qəzza zolağından İsrailə qarşı hücumları müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasında iclasın keçirilməsinə çağırıb. Şuranın çərşənbə bir araya gələcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG