Accessibility links

Pxenyan mübahisəli planını həyata keçirməkdə qətidir


Şimali Koreyanın nüvə üzrə elçisi Pxenyanın bu ay fəzaya raket göndərmək qərarının qüvvədə olduğunu bildirib. Bu həftə Almaniyada uzun sürən danışıqlardan sonra ABŞ rəsmiləri Pxenyanın planının əleyhinə çıxmışdılar. Plana dair beynəlxalq gərginliyin artdığı bir vaxt Ri Gun Almaniyadan Çinin paytaxtı Pekin şəhərinə səfər edib.

Şimali Koreya hökuməti planın orbitdə hava peyki yerləşdirmək məqsədi daşıdığını deyir. Lakin ABŞ, Cənubi Koreya və başqa dövlətlər Şimalın uzun məsafəli raketləri sınaqdan keçirməyi planlaşdığını ehtimal edir. Pxenyan bildirir ki, mərhum lider Kim İl Sanqın 100 illiyi münasibətilə fəzaya göndəriləcək raket orbitə aktiv peyk yerləşdirəcək.

XS
SM
MD
LG