Accessibility links

Güneyli etirazçı Puya Purhimməti 3 il müddətinə azadlıqdan məhrum edilib


3 il azadlıqdan məhrum edilən güneyli etirazçı, Puya Purhimməti
3 il azadlıqdan məhrum edilən güneyli etirazçı, Puya Purhimməti

İran Azərbaycanının Təbriz şəhərində keçirilən etiraz aksiyaları zamanı həbs edilən Təbriz sakini 3 il həbs cəzasına məhkum edilməklə yanaşı, onun 2 il ölkədən çıxışına qadağa qoyulub.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Puya Purhimməti Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən "ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamı ilə təqsirli bilinib.

Sentyabrın 20-də Təbriz şəhərində İran hökumətinə qarşı keçirilən xalq etirazları zamanı İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Purhimməti, təxminən 12 gündən sonra 200 milyon tümənlik girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından məhkəmə prosesi sona çatmasına qədər müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Cənab Purhimmətinin İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı təhlükəsizlik qüvvələrinin təcridxanasında 6 gün müddətində sorğu-suala çəkildiyi bildirilir.

XS
SM
MD
LG