Rusiya prezidenti Vladimir Putin qüvvələrin Suriyadan çıxarılmasına göstəriş verib.
Dövlət mediası prezidentə istinadən onun müdafiə və xarici işlər naziləri- Sergey Şoyqu və Sergey Lavrova sabahdan etibarən qüvvələrin əsas hissəsinin Suriyanı tərk etməsi məsələsini həvalə etdiyi haqda məlumat verib.
“Sabahdan başlayaraq hərbi kontingentimizin əsas hissəsinin Suriya Ərəb Respublikasından çıxarılması haqda göstəriş verirəm”-deyə prezident nazirlərə bildirib.
Kremlin veb səhifəsində deyilir ki, Putin Suriya prezidenti Bəşar Əl-Əsədlə telefon söhbəti zamanı Suriyada fəaliyyət göstərən Rusiya hərbi hava qüvələrinin əsas həssisinin çıxaılması haqda razılıq əldə edib.
“Sabahdan başlayaraq hərbi kontingentimizin əsas hissəsinin Suriya Ərəb Respublikasından çıxarılması haqda göstəriş verirəm”-Rusiya prezidenti Vladimir Putin
Putinə istinadən bildirilir ki, Rusiya qüvvələrinin qalan hissəsi Suriyada hərbi əməliyyatların dayandırılmasının monitorinqini həyata keçirəcək.
Bununla belə, adının açıqlanmasını istəməyən rəsminin sözlərinə görə,ABŞ rəsmisi Amerikanın Səsinə Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına dair hələlik heç bir işarənin olmadığını deyib.
Ağ Ev Rusiya qüvvələrinin Suriyadan çıxaırlmasına dair məlumat əldə etmədiyini və bunun ölkədə dinamikanın dəyişməsinə təsirinin qeyri-müəyyən olduğunu bəyan edib.