Rusiya Prezidenti Vladimir Putin cümə günü Ukraynanın son əks-hücumlarına rəğmən Ukraynaya qarşı hücumları davam etdirməyi vəd edib və xəbərdarlıq edib ki, əsəgr Ukrayna qüvvələri Rusiyadakı obyektləri hədəf alsa, Moskva onların mühüm infrastrukturuna hücumları artıra bilər.
Cümə günü Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra müxbirlərlə danışan Putin deyib ki, Ukraynanın şərqindəki bütöv Donbas bölgəsini “azad etmək” Rusiyanın əsas hərbi məqsədi olaraq qalır və o, onu dəyişməyə ehtiyac görmür.
“Biz tələsmirik,” Rusiya lideri deyib və əlavə edib ki, Moskva Ukraynaya döyüşmək üçün sadəcə olaraq könüllü əsgərlər göndərib. Rusiyada hərbi qüvvə çatışmazlığından şikayət edən bəzi sərt-xətt tərəfdarı siyasətçilər və hərbi blogerlər Kremli Ukraynadan nümunə götürərək, ordu sıralarını artırmaq məqsədilə geniş səfərbərlik əmri verməyə çağırıb.
Rusiya ötən həftə Ukraynanın cəld əks-hücumu nəticəsində Ukraynanın şimal-şərqində böyük bir ərazidən qüvvələrini geri çəkməyə məcbur olub. Ukraynanın Rusiyanın işğal etdiyi bir neçə şəhər və kəndin nəzarətini geri alması Rusiya qüvvələri müharibənin başında paytaxt ətrafındakı ərazilərdən geri çəkiləndən bəri Moskva üçün ən böyük hərbi geriləmədir.
Ukraynanın əks-hücumundan sonra ilk dəfə ictimai çıxış edən Putin “Görək nə nücə olur və necə bitir” deyib.
O qeyd edib ki, Ukrayna Rusiyada mülki infrastruktura zərbə endirməyə çalışıb və “biz indiyədək təmkinlə cavab vermişik, ancaq hələlik” deyib.
“Əgər vəziyyət belə davam etsə, bizim cavab tədbirimiz daha ciddi olacaq,” Putin deyib.
“Rusiya silahlı qüvvəlri bu yaxınlarda bir neçə təsirli zərbə endirib,” -deyə, o, Rusiyanın bu həftə Ukraynanı şimalında elektrik stansiyalarına, cənubda isə bəndə hücumlarına istinadən deyib. “Bunları xəbərdarlıq zərbəsi adlandıraq.”
O, təfərrüat vermədən iddia edib ki, Ukrayna “bizim nüvə obyektlərimiz, nüvə elektrik stansiyalarımız yaxınlığına hücumlar etməyə cəhd edib” və əlavə edib ki, “əgər onlar bu üsulların qəbuledilməz olduğunu anlamasa, biz cavab verəcəyik.”
Rusiya dəfələrlə Ukrayna yaxınlığındakı ərazilərdə mülki infrastruktura, habelə sursat anbrları və başqa obyektrlərə atəş açıldığını və partlayışların baş verdiyini bildirib. Ukrayna həmin hücumların bəzilərinin məsuliyyətini üzərinə götürüb, digərləri ilə bağlı şərh verməkdən imtina edib.
Putin həmçinin cümə günü Hindistanın Ukraynadakı münaqişə ilə bağlı narahatlıqlarını aradan qaldırmağa çalışaraq Hindistan baş naziri Narendra Modiyə deyib ki, Moskva döyüşlərin qısa zamanda bitməsinin istəyir və Ukrayna rəsmilərinin danışıq aparmadığını iddia edib.
“Mən sizin Ukraynadakı münaqişə ilə bağlı mövqeyinizi və dəfələrlə səsləndirdiyiniz narahatlıqları bilirəm,” Rusiya lideri Modiyə deyib. “Biz bunu mümkün qədər tez bir zamanda sonlandırmaq üçün əlimizdən gələni edəcəyik. Təssüf ki, digər tərəf, Ukrayna rəhbərliyi danışıqlar prosesini rədd edib və məqsədlərinə hərbi yolla, döyüş meydanında çatmaq istədiyini bəyan edib.”
Ukrayna Prezidenti Volodimir Zelenksi deyib ki, ciddi danışıqlar aparmaq istəməyən Rusiyadır. O həmçinin danışıqlar aparmaq üçün ilkin şərt olaraq Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən geri çəkilməsini tələb edib.