Accessibility links

Rusiya parlament üzvləri ABŞ qanunvericiləri ilə Suriya məsələsini müzakirə etmək istəyir


Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatlar Konqresini Suriyaya hərbi müdaxilə barədə fikrindən yayındırmaq üçün Vaşinqtona nümayəndə heyəti göndərilməsi ideyasını dəstəklədiyini bildirib.

Rusiya Parlamentinin yuxarı palatası olan Federasiya Şurasının başçısı Valentina Matviyenko bu gün cənab Putinlə keçirilən yığıncaqda parlament nümayəndə heyətinin Birləşmiş Ştatlara göndərilməsi ilə bağlı təklif irəli sürüb. Yığıncaqda Dumanın spikeri Sergey Narışkin də iştirak edib.

Xanım Matviyenko Birləşmiş Ştatlar qanunvericiləri ilə Suriyaya hərbi müxadilə barədə birbaşa danışıqların müsbət nəticə verəcəyinə ümid etdiyini deyib. Cənab Putin belə bir ideyanın çox düzgün və vatxında irəli sürüldüyünü deyib.
XS
SM
MD
LG