Accessibility links

ABŞ Putinin vətəndaşlıq siyasətini pisləyir


Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində yaşayan insanların Rusiya vətəndaşlığı almalarının asanlaşdırılması barədəki sərəncamını qınayıb.

Putinin bu sərəncamı Ukraynanın Vladimir Zelenskini prezident seçməsindən üç gün sonraya təsadüf edir.

Bu, Rusiya təcavüzünün və daxili işlərimizə qarışmağın davamıdır.
Pavlo Kimin, Ukrayna Xarici İşlər Naziri

Sənəddə sadələşdirilmiş vətəndaşlıq hüququnun insan hüquqları və azadlıqlarının müdafiəsi üçün “humanitar məqsədlərlə” veriləcəyi deyilir.

Rusiya ilə Ukraya arasında münasibətlər son 5 ildə Kremlin Ukraynanın şərqindəki separatçıları dəstəkləməsindən və Rusiyanın Krımı ilhaqından sonra daha da gərginləşib.

ABŞ Dövlət Departamentinin sözçüsü çərşənbə günü deyib ki, Putinin qərarı Rusiyanın tərəf olduğu Minsk razılığına ziddir. Belə ki, razılığa əsasən Ukraynanın şərqində döyüşlərə son qoyulmalı və regionun nəzarəti tam olaraq Ukraynaya verilməlidir.

Putinin son addımı Ukrayanda demokratik seçkilərdən sonraya təsadüf edir.
Putinin son addımı Ukrayanda demokratik seçkilərdən sonraya təsadüf edir.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Putinin qərarının aqressiyanın davamı və ölkənin daxili işlərinə qarışması demək olduğunu deyib.

Ukraynanın yeni prezidenti, məşhur komediya ustası Zelenski Minsk razılığının həyata keçirilməsi yolunda Rusiya ilə ciddi danışıqlara hazır olduğunu bildirib.

XS
SM
MD
LG