Accessibility links

Putin Trampa Sankt-Peterburqda teraktın üstünün açılmasında köməyə görə təşəkkür edib


Rusiya prezidenti Vladimir Putin bazar günü ABŞ prezidenti Donald Trampa zəng edərək, ona Rusiya ərazisində terror aktının qarşısını almağa kömək etmiş informasiyaya görə təşəkkürünü bildirib. Bu haqda Reuters xəbər agentliyi Rusiya mediasına istinadən məlumat verib.

Bildirilir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin Rusiya hüquq-mühafizə orqanlarına təqdim etdiyi informasiya Sankt-Peterburq şəhərindəki Kazan kafedralında terror hücumunun qarşısının alınması və hücumu planlaşdıran şəxslərin həbs edilməsinə kömək edib.

Rusiyanın İnterfaks agentliyinin Kremlə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı Rusiya prezidenti ABŞ prezidentinə deyib ki, əgər Rusiya ABŞ-a qarşı terror hücumunun hazırlandığına dair məlumat alsa, i Birləşmiş Ştatları bununla bağlı xəbərdar edəcək.

Bu, Rusiya və Amerika liderləri arasında son dörd gün ərzində ikinci telefon söhbətidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG