Accessibility links

Putin: Rusiya nüvə sazişini tərk etməyə hazırdır


Xarici siyasət mövzusuna həsr olunmuş geniş müzakirədə Rusiya prezidenti Vladimir Putin ABŞ maraq göstərmədiyi təqdirdə ölkəsinin silahlara nəzarəti təsbit edən Yeni START müqaviləsini tərk etməyə hazır olduğunu bəyan edib.

Sankt Peterburqda Beynəlxalq İqtisadi Forumda çıxış edən Putin habelə ABŞ Prezidenti Donald Trampın öncəki bəyanatını təkzib edərək Rusiyanın hərbi personeli Venesueladan çıxarmadığını qeyd edib.

Biz onu uzatmaq məcburiyyətində deyilik. Sistemlərimiz Rusiyanın təhlükəsizliyini uzun dönəmə təmin edə bilər.

Beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşdə Putin Vaşinqtonun 2021-ci ildə möhləti bitəcək sazişi yeniləməkdə tərəddüd göstərdiyini deyib.

“Biz onu uzatmaq məcburiyyətində deyilik. Bizim sistemlərimiz Rusiyanın təhlükəsizliyini uzun dönəmə təmin edə bilər,” Putin deyib.

“Əgər heç bir tərəf Yeni START sazişini uzatmağa meyl göstərmirsə, onda biz onu etməyəcəyik.”

2010-cu ildə Praqada imzalanmış müqavilə ölkələrin sahib ola biləcəyi strateji nüvə başlıqlarının və rakiet qurğularının sayını yarıya endirib.

START müqaviləsi ölkələrin sahib ola biləcəyi strateji nüvə başlıqlarının və rakiet qurğularının sayını məhdudlaşdırır.
START müqaviləsi ölkələrin sahib ola biləcəyi strateji nüvə başlıqlarının və rakiet qurğularının sayını məhdudlaşdırır.

Venesuelaya gəldikdə Putin bildirib ki, rus texniki ekspertlər həmin ölkədəki hərbi avadanlığa xidmət göstərmək üçün ölkədə qalmaqda davam edirlər.

“Biz orada bazalar yaratmırıq, yaxud oraya qoşun göndərmirik," Putin deyib. “Ancaq biz hərbi və texniki əməkdaşlıq sahələrində öz vəzifəmizi yerinə yetirməkdə davam edəcəyik.”

Bu həftənin əvvəlində ABŞ prezidenti Donald Tramp Tvittterdə yazmışdı ki, Rusiya Vaşinqtona “hərbçilərin böyük kəsimini Venesueladan çıxardığnı” bildirib.

XS
SM
MD
LG