Accessibility links

Putin neft qiymətlərinin hazırkı səviyyəsini "məqbul" adlandırıb


Rusiya Prezidenti Vladimir Putin neft qiymətlərinin hazırkı səviyyəsini "məqbul" adlandıraraq, Moskvanın bu həftə dünyanın ən böyük neft ixracatçılarının Vyanada keçiriləcək toplantısında bazarlarda tələbatın azalması səbəbindən tədarükün azaldılmasını müzakirə etməyə hazır olduğuna işarə edib. İnterfaks agentiyinin verdiyi məlumata görə, Putin həmçinin Rusiyanın Vyanada OPEK ölkələrinin qarşıdan gələn görüşünü "uzunmüddətli sabitliyin təmin edilməsi üçün bir vasitə" olaraq gördüyünü bildirib.

Putin bu açıqlamaları martın 1-də Moskvada enerji sənayesi rəhbərlərinin koronavirus epidemiyası və bunun Rusiyanın iqtisadi inkişafına təsirləri məsələsinin müzakirə edildiyi görüşdə verib.

“Mən vurğulamaq istəyirəm ki, Rusiyanın büdcəsi, bizim iqtisaidyyatımız üçün hazırkı neft qiyməti məqbuldur” – deyə, Putin müşavirədə bildirib.

Rusiya liderinin bildirdiyinə görə, Rusiya büdcəsində ölkə ərazisindəki təxminən 560 milyard dollarlıq neft ehtiyatlarından tədarük üçün Brent xam neftin bir barelinə görə qiyməti orta hesabla 42 dollar, 40 sent səviyyəsində təxmin edilir.

Keçən həftə bəzi OPEK ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının neft hasilatının gözlənildiyindən daha çox azaldılmasına nail olmaq niyyəti barədə xəbərlər verilmişdi. Reuters agentliyinin verdiyi məlumata əsasən, belə bir addımın atılması zərurəti koronavirus epidemiyasının yayılmasına görə iqtisadi fəallığın azalması ilə izah edilib.

Rusiya neft satışının daha da azalmasına müqavimət göstərməyə davam edir və martın sonuna qədər hazırkı hasilatın səviyyəsini saxlamaqda israr edirdi.

XS
SM
MD
LG