Accessibility links

Putin Merkelə rus qoşunlarının Ukrayna sərhədindən qismən çəkildiyini deyib


Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkelə Rusiya silahlı qüvvələrinin qismən Ukrayna ilə sərhəd bölgəsindən çıxarılması haqda göstəriş verdiyini deyib.

Xanım Merkelin sözçüsü cənab Putinin rus qoşunlarının Ukraynanın şərq bölgəsindən qismən çıxarılması əmrini verdiyini bildirib. Onun sözlərinə görə, prezident Putin və kansler Merkel Ukraynada və Dnestryanı bölgədə vəziyyətin sabitləşdirilməsi üçün növbəti addımları müzakirə ediblər.

Kremlin açıqladığı bəyanatda cənab Putinin xanım Merkellə telefon söhbəti zamanı Ukraynada ölkənin bütün regionlarında yaşayan əhalinin legitim maraqlarının təmin olunması məqsədilə konstitusiya islahatlarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Birləşmiş Ştatlar Rusiyanın sərhəd boyu 40 mindən ibarət əsgəri qüvvə yerləşdiridyini, rəsmi Kiyev isə əsgərlərin sayının 100 mindən ibarət olduğunu bildirir.

Rusiyanın Müdafiə nazirliyi motoatıcı batalyonun regiondan çıxarıldığı haqda məlumat verib.

Fransa xəbər agentliyi Ukrayna müdafiə nazirliyinin baş qərargahının sözçüsü Oleksiy Dmitraşkivskiyə istinadən Rusiya hərbi qüvvələrinin son günlər tədricən sərhəd bölgəsindən çıxarıldığı və bunun ya adi qaydada qüvvələrin yerdəyişməsi, ya da Rusiya-ABŞ müzakirələrinin nəticəsi olduğu haqda məlumat verib.

ABŞ Dövlət Departamenti bildirib ki, bu, doğru olduğu halda, Vaşinqton hərbi qüvvələrin sərhəd bölgəsindən çıxarılmasını alqışlayıb, prosesin sürətləndirilməsini istəyir.
XS
SM
MD
LG