Rusiya prezidenti Vladimir Putin ik dəfə olaraq, Mariya Butinanın ABŞ məhkəməsi işinin yekunlarını şərh edib. 26 aprel tarixində Vaşinqton məhkəməsi Butinanın 18 ay həbs və daha sonra deportasiya edilməsi ilə bağlı qərar qəbul edib. Rusiya prezidenti bunu “ədaləti lağa qoymaq” adlandırıb.
Pekində mətbuat konfransında çıxış edən Putin bildirib ki, hökm ABŞ hüquq-mühafizə orqanlarının “üzlərini xilas etmək” cəhdi kimi görünür: “Bu özbaşınalıqdır. Məlum deyil ki, ona nəyə görə hökm oxunub, o nə qanunsuzluq edib.”
ABŞ-ın federal hakimi Rusiyanın silah hüquqları müdafiəçisini ABŞ-ın Milli Tüfəng Assosiasiyasına (NRA) sızıb, ABŞ-ın mühafizəkar fəalları ilə respublikaçı siyasətçilərinə təsir göstərmək məqsədilə Rusiyanın yüksək vəzifəli rəsmisi ilə əməkdaşlıq etmək ittihamı ilə 18 ay müddətinə həbsə məhkum edib.
Vaşinqtonda yerləşən Amerikan Universitetinin sabiq magistr tələbəsi Mariya Butina dekabr ayında günahını boynuna alıb.
ABŞ-ın Vaşinqtondakı rayon məhkəməsi cümə günü Butinanın artıq həbsdə keçirdiyi doqquz ayın həbs cəzasından endiriləcəyini və həbs müddəti bitəndən sonra onun deportasiya olunacağını bildirib.