Kreml Rusiya prezidenti Vladimir Putinin Amerikada seçkilər zamanı demokratların hesablarının haker hücumların şəxsən rəhbərlik etdiyinə dair məlumatı rədd edib.
NBC xəbər agentliyi ABŞ-ın kəşfiyyat rəsmilərinə istinadən Putinin hakerlikdə şəxsən iştirakına dair məlumat yayıb.
Putinin sözçüsü Dmitri Peskov məlumatı "gülünc və mənasız" adlandırıb.
Rusiya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin demokrat namizəd Hillari Klinton əleyhinə hakerliyin respublikaçı Donald Trampın qələbəsinə yol açdığına dair ittihamlarını qətiyyətlə rədd edir.