Accessibility links

Putin prezidentliyə namizədliyini yenidən irəli sürəcəyini təsdiqləyib


Rusiya parlamentinin Yuxarı Palatasındakı qanunvericilər növbəti prezident seçkilərinin tarixini 2024-cü il martın 17-nə təyin etdikdən bir gün sonra Rusiya prezidenti Vladimir Putin namizədliyini daha 6 illik müddətə irəli sürdüyünü təsdiqləyib.

Putin bu barədə açıqlamanı Kremldə hərbçilər üçün keçirilən mərasimdən sonra Rusiya dövlət televiziyası vasitəsilə verib.

Polkovnik-leytenant Artyom Joqa ilə söhbəti zamanı Putin "müxtəlif vaxtlarda fərqli düşüncələri olduğunu, lakin indi qərar verilməli dövr olduğunu" deyib və prezidentliyə namizədliyini irəli sürdüyünü bildirib.

Dövlət xəbər agentliyi hərbçiyə istinadən prezidentin dediklərini təsdiqləyib.

Karneqi Rusiya Avrasiya Mərkəzinin analitiki Tatyana Stanovaya Associated Press agentliyinə deyib ki, açıqlama rəsmi nitq əvəzinə sadə şəkildə ona görə edilib ki, Putinin təvazökarlığını əks etdirsin, onun hazırda təntənədə iştirak etmək yerinə işini yerinə yetirməklə məşğul olduğunu göstərsin.

Müşahidəçilər deyirlər ki, artıq Rusiyanın ən uzun müddət rəhbəri olan 71 yaşlı Putinin yenidən seçilməkdə heç bir problemi olmayacaq, çünki onun üzləşə biləcəyi ciddi müxalifət ya həbsdədir, ya da yoxdur.

Putin dövründə Rusiyada seçkilər heç vaxt ədalətli və şəffaf olmayıb.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun bildirdiyinə görə, Rusiya hökuməti "hökumət proseslərində müstəqil səslərin iştirakını təmin etdiyini deyərək, potensial müxalifət namizədlərini diskvalifikasiya etmək üçün özbaşına təyinatlar, cinayət mühakimələri və inzibati maneələrdən" istifadə edir.

Forum

XS
SM
MD
LG