Rusiyanın baş naziri Vladimir Putinin sözcüsü Dmitri Peskov cənab Putinlə keçmiş Sovet lideri Leonid Brejnevin müqayisə edilməsini düzgün hesab etmir. Brejnev Sovet İttifaqına 1964-cü ildən 1982-ci ilədək rəhbərlik edib və Sovet imperiyasının süqutuna səbəb olan iqtisadi dəyişikliyin başlanmasına məhəl qoymamaqda ittiham edilir. Peskov deyib ki, Putin “Brejnev deyil” və ola bilsin ki, həqiqətən də ölümündən əvvəl Brejnev ölkənin siyasəti və iqtisadiyyatına diqqətsizlik edib. Lakin Brejnev ölkə tarixində mənfi deyil, müsbət fiqur olub. O deyir ki, Brejnev karyerasının əvvəlində iqtisadi inkişaf və kənd təsərrüfatının bünövrəsinin qoyulmasında böyük işlər görüb. Putin 2012-ci il prezident seçkilərində hakimiyyət başına gələ bilər. Onun 2018-ci ildə yenidən prezident seçiləcəyi ehtimal edilir. Beləliklə Putin Stalindən sonra ən uzunmüddətli rəhbər ola bilər. Putinin ölkədə durğunluq yaradacağına dair narahatlıqlar mövcuddur.