Accessibility links

Prokurorlar ABŞ senatoruna qarşı rüşvət ittihamnaməsinə yeni ittihamlar əlavə ediblər


Senator Bob Menendez
Senator Bob Menendez

Federal rəsmilər ABŞ senatoru Bob Menendezi Qətər kral ailəsinin bir üzvünü daşınmaz əmlak layihəsinə investisiya etmək istəyən nyu cersili iş adamı ilə tanış etməkdə günahlandırır. Bu barədə çərşənbə axşamı ittihamnamədə bildirilib.

Manhetten federal məhkməsində Nyu Cersidən Demokrat senatora qarşı hazırlanan ittihamnamədə Qətər kral ailəsinin üzvünün adı açıqlanmasa da, onun Qətər Sərmaye Şirkətinin direktoru olduğu bildirilib.

İttihamnamədə Qətər investorunun senator və həyat yoldaşı ilə birlikdə ittiham olunan üç iş adamından biri olan Fred Daibes tərəfindən planlaşdırılan daşınmaz əmlak layihəsinə milyonlarla dollarlıq investisiya üçün danışıqlar apardığı qeyd edilib. Onların heç biri özünü təqsirli tanımır.

Vəkillər və Menendezin sözçüsünə qoyulan səsli mesajlara cavab verilməyib.

Daibesin vəkili Tim Donohü dərhal şərh verə bilməyəcəyini deyib.

Bu ittihamnamə daha öncə Menendezi və onun həyat yoldaşını nağd pul, qızıl külçələr və dəbdəbəli avtomobillə zənginləşdirdiyi iddia edilən rüşvət konspirasiyasında ittiham edən ittihamnamənin son versiyasıdır. Yeni ittihamların əlavə edilmədiyi ittihamnaməyə əsasən, Qətəri əhatə edən iddialar 2021-2023-cü illər arasına aiddir.

Senator sentyabrda saxlanılandan sonra Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən imtina edib. O, Senatdakı yerindən istefa vermək çağırışlarına müqavimət göstərir.

İttihamnaməyə əsasən, Menendez Qətar Sərmayə Şirkətini Daibeslə tanış etmək, o cümlədən Qətər hökumətinin xeyrinə addımlar atmaq müqabilində nağd pul və qızıl külçələri qəbul edib.

İttihamnamədə deyilir ki, Qətər Sərmayə Şirkəti Daibe-ə məxsus daşınmaz əmlakın inkişafı layihəsinə sərmaye qoymağı nəzərdən keçirdiyi bir vaxtda, Menendez Qətər hökumətini dəstəkləyən bir neçə ictimai açıqlama edib və daha sonra onları qətərli investor və Qətər hökumətinin rəsmisi ilə paylaşması üçün Daibesə ötürüb.

İttihamənin ilkin versiyasında Menendez, onun həyat yoldaşı və biznesmenlərdən biri senatordan qanunsuz bir şəkildə Misir hökumətinin agenti kimi istfadə etmək üçün sui-qəsddə ittiham olunublar.

Məhkəmə işinə sədrlik edən hakim Sidni H. Stein ötən həftə müdafiə vəkillərinin 6.7 milyondan çox sənədin daxil olduğu məhkəməyə hazırlanmaq üçün əlavə vaxt tələb etmələrindən sonra mayın 5-nə təyin olunan məhkəməni təxirə salmağı rədd edib.

Forum

XS
SM
MD
LG