Accessibility links

DİN və Baş Prokurorluq: Özünü yandıran şəxs sərxoş olub


Bakıda özünü yandıran şəxs sərxoş olub
Bakıda özünü yandıran şəxs sərxoş olub

5 saylı şəhər Xəstəxanasına yerləşdirilmiş A.Ələkbərovun vəziyyəti orta-ağırdır.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) dekabrın 28-də Arzu Ələkbərovun Bakıda özünü yandırması faktı ilə bağlı birgə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin məlumatına görə, dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, Arzu Ələkbərov sərxoş halda üstünə benzin tökərək özünü yandırıb.

5 saylı şəhər Xəstəxanasına yerləşdirilmiş A.Ələkbərovun vəziyyəti orta-ağırdır. Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırmalar aparılır.
XS
SM
MD
LG