Accessibility links

Prokuror Suriyada müharibədə iştirakda ittiham olunan şəxslərə 9 ildən 18 ilədək həbs istəyib


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində terrorizmdə ittiham olunan bir qrup şəxsin işi üzrə prosesdə dövlət ittihamçısı müttəhimlərin 9 ildən 18 ilədək müddətədək həbsini istəyib.

Prokuror Samir Qurbanovun 18, Amin Həsənovun 17, Əflatun Bayramovun 16, Babək Məmmədlinin və Tehran Qasımovun 15, Cavid Əmənovun 14, Elgün İsmayılovun 10, Ələddin İbişovun 9,5, Yusif İmanovun, Orxan Qurbanovun, Şəhriyar Cabbarovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxslərin məhkəmə binası qarşısına toplaşan qohumları prokurorun çıxışını etirazla qarşılayıb. Onların sözlərinə görə, təqsirləndirilən şəxslər artıq 2 aydır ki, əsassız hesab etdikləri cinayət təqibinə etiraz olaraq aclıq keçirirlər.

Növbəti məhkəmə iclası mayın 4-nə təyin edilib.

Bu iş üzrə keçənlər: Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il öncə Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması), 167-3.1-ci (dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər.

Məhkəmə prosesi 2020-ci ilin fevralında başlayıb, lakin pandemiyaya görə proses uzun müddət dayandırılıb.

Proses bu il bərpa olunub və iclasların birində müttəhimlər həbslərinə etiraz olaraq məhkəmə zalında özlərinə xəsarətlər yetiriblər.

XS
SM
MD
LG