Accessibility links

Prezidentliyə namizədlər Bayden və Tramp seçicilərlə görüş keçirib


Prezidentliyə namizədlər Bayden və Tramp seçicilərlə görüşüb
please wait

No media source currently available

0:00 0:02:27 0:00

ABŞ Prezidenti Donald Tramp və onun Demokrat rəqibi Co Bayden cümə axşamı ayrı-ayrı forumlarda seçicilərlə virtual görüşə qatılıblar.

Bu, üz-üzə debat olmalı idi, lakin Tramp oktyabrın 2-də COVID-19-a yoluxduğunu açıqladıqdan sonra təşkilatçılar tədbiri virtual keçirməyi təklif etsələr də, Tramp debatda iştirakdan imtina etdi. Bunun əvəzinə, Tramp rəy sorğularında geriliyi aradan qaldırmaq və itirdiyi vaxtın əvəzini çıxmağa çalışdığı bir vaxtda.rəqiblər arasında mübarizə Pennsilvaniya və Florida ştatlarında ayrı-ayrılıqda seçicilərlə görüşlə müşayiət olundu.

Tədbir NBC News tərəfindən yayımlanıb.

“Bu gün Şimali Karolinada idim və izdihamlı böyük mitinq keçirdim və özümü çox yaxşı hiss etdim. Florida, Pensilvaniya – biz hər yerdəyik” - deyə Donald Tramp bildirib.

O, yanvarın sonunda Çindən uçuşları dayandırmaqla COVID-19-a qarşı gördüyü tədbirləri müdafiə etdi

ABC telekanalının əməkdaşı Corc Stefanopulosun moderatorluğu ilə keçirilən seçicilərlə görüşdə Bayden görülən tədbirlərin uğursuz olduğunu qeyd etdi

“Bu, prezidentin məsuliyyətidir və o, bunu etmədi. Nə edilməsi lazım olduğu barədə danışmadı, çünki məncə, səhm bazarı ilə bağlı narahatlıqları var idi” -deyə, Bayden qeyd edib.

Bayden deyib ki, Tramp məhdudiyyətləri tətbiq etmək üçün ştat qubernatorlarına və şəhər merlərinə təzyiq göstərməli idi. O, bunun daha çox insan həyatını xilas etmiş ola biləcəyini deyib.

Trampın Ali Məhkəmə üçün namizədi Emi Koni Barret bu həftə Senat dinləmələrində iştirak edir və təsdiqlənərsə, bu, mübahisəli seçkilərdə həlledici rol oynaya bilər.

“Bu, tamamilə ondan asılı olar. Düşünərdim ki, ya mənim xeyrimə, ya da əleyhimə hökm çıxara bilər. Burada konflikt görmürəm” - deyə, Tramp vurğulayıb.

Bayden balansı dəyişdirmək üçün Ali Məhkəmənin tərkibinin genişləndirilməsini istisna etməyəcək.

“Yaxşı, mən fanat deyiləm. Bunun necə olacağından asılıdır” -deyə, o qeyd edib.

Namizədlər bir məsələdə həmfikirdirlər.

“Qarşıdan seçki gəlir. Düşünürəm ki, bu, ölkəmizin tarixindəki ən vacib seçkidir” - Tramp bildirib.

Bayden seçiləcəyi təqdirdə Respublikaçılarla işləyəcəyinə söz verdi.

"Çünki həqiqətən razılaşdığımız çox şey var" - deyə, Co Bayden açıqlayıb.

Ancaq tərəfləri ayıran çox şey var. Bir çox ştatlarda erkən səsvermə başlayıb və Tramp geniş yayılmış saxtakarlıq barədə xəbərdarlıq edib. Seçki ekspertlərinin əksəriyyəti bunun baş vermədiyini deyirlər. Trampdan seçkinin nəticələrini qəbul edib-etməyəcəyi soruşuldu.

“Cavab budur: bəli. Ancaq mən şəffaf seçki olmasını istəyirəm, elə digərləri də” - deyə, Tramp cavab verib.

Namizədlərin bir həftə sonra son üz-üzə yekun debatda görüşməsi planlaşdırılır.

XS
SM
MD
LG