Accessibility links

Venesuelanın yeni prezidenti müxalifəti çevriliş cəhdində günahlandırıb


Bazar günündən başlamış aksiyalarda yeddi adam həyatını itirib

Venesuelanın yeni seçilmiş prezidenti Nikolas Maduro seçkilərdən sonra baş vermiş ölümcül zorakılıq aksiyasına görə müxalifət lideri Henrique Kaprilesi günahlandırıb.

Rəsmilər bazar günü keçirilən seçkilərə etiraz aksiyasında yeddi adamın öldüyünü və 60-dan çox insanın yaralandığını deyib.

Cənab Maduro Kaprilesi zorakılığa təhrik edərək, höküməti devirmək cəhdində ittiham edib.

Ancaq Kapriles hadisələrə görə yeni seçilmiş prezidenti məsul tutur və bu gün Karakasda keçiriləcək aksiyanı ləğv edib.

Bazar günü seçkilərində Venesuela Seçki Komissiyası Maduronu qalib elan etdikdən sonra Kaprilesin tərəfdarları bazar ertəsi günü küçələrə çıxaraq, etirazlarını qazan və tavalara vuraraq, zibil yeşiklərini yandıraraq bildirib. Onlar polis müqaviməti ilə qarşı-qarşıya gəliblər. Polis nümayişi gözyaşardıcı qaz və rezin güllələrlə dagıdıb.

Sabiq prezident Uqo Çavezin davamçısı olan Maduro seçkilərdə cüzi fərqlə (49.1-50.7) Kaprilesə qalib gəlib.
XS
SM
MD
LG