Accessibility links

Senat Prezident Trampı avqust tənəffüsü vaxtı təyinat imkanlarından məhrum etdi


ABŞ Senatı Prezident Donald Trampı faktiki olaraq Konqresin tənəffüs mövsümündə hər hansı bir təyinat etmək səlahiyyətindən məhrum edib.

Qanunvericilər “pro forma sessiyalar” kimi tanınan qısa iclaslarla Konqresi tətilə çıxmaqdan saxlamağa qərar veriblər.

Respublikaçı Senator Lindsey Graham NBC telekanalına bildirib ki, əgər Tramp Sessionsu işdən çıxarsa “qiyamət qopacaq”.

Senatorlar bu addımı Trampın Baş Prokuror Ceff Sessionsu tənqid etməsindən sonra avqust tətili vaxtı onun vəzifəsindən azad ediləcəyi ilə bağlı spekulyasiyalar meydana çıxdıqdan sonra atıblar.

Washington Post qəzeti yazır ki, Tramp öz müşavirləri ilə söhbətlərində Sessionsu Konqresin avqust tətili vaxtı işdən kənarlaşdırmaqla bağlı düşüncələr səsləndirib. Bunu etməklə ABŞ prezidenti yeni baş prokuror təyinatı ilə bağlı Senatın uzun vaxt çəkən təsdiqləmə dinləmələrini adlaya bilərdi.

Ağ Ev bu xəbərləri “əlavə saxta xəbərlər” adlandırıb.

Baş Prokuror Ceff Sessions dəfələrlə Prezident Tramp tərəfindən tənqid olunub.
Baş Prokuror Ceff Sessions dəfələrlə Prezident Tramp tərəfindən tənqid olunub.

Respublikaçı Senator Lindsey Graham "NBC" telekanalına bildirib ki, əgər Tramp Sessionsu işdən çıxarsa “qiyamət qopacaq”. Sessions Tramp onu Baş Prokuror təyin etməzdən öncə 100 senatordan biri idi.

Prezident Tramp Sessionsa Ədliyyə Departamentinin Rusiyanın ötən ilki prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatdan özünü uzaqlaşdırdığına görə qəzəbini ifadə edib.

XS
SM
MD
LG