Accessibility links

Prezident Obama Koloradoya yollanıb


ABŞ prezidenti Barak Obama Amerikanın qərb ştatı Koloradoda baş verən meşə yanğınları ilə əlaqədar fəlakət bəyannaməsini təsdiq edib. Cümə günü prezident dəyən zərəri nəzərdən keçirmək üçün yüzlərlə evlərin və canlı təbiətin kütləvi şəkildə yandiğı və ən azı bir nəfərin öldüyü fəlakət bölgəsinə gedib.

Rəsmilərin bildirdiyinə görə Valdo Kanyon yanğınının qəfil nəzarətdən çıxması nəticəsində ştatın ikinci böyük şəhəri olan Kolorado Springs-dən 36,000 insan məcburən evlərindən köçürülmüş, nəticədə yanğın ötən çərşənbə axşamından bəri 346 evi yararsız hala salmışdır. Şəhər polis rəisinin müxbirlərə verdiyi məlumata görə yanmış evin qalıqları altında insan cəsədi tapılıb və iki nəfər itkin düşmüş elan olunub.

Cənab Obamanın təsdiqlədiyi bəyannamə Valdo Kanyon yanğınından zərər çəkmiş insanlara federal fəlakət fondundan bəhrələnməyə imkan verir. Bu fond digər kütləvi yanğının baş verdiyi - 257 evin yandığı və ayın əvvəlində bir qadının öldüyü şimali Koloradonu da əhatə edəcəkdir.

Müəyyən məqamda ABŞ Hərbi Hava Qüvvələri Akdemiyasına da təhlükə yaradan Valdo Kanyon yanğını keçən bazar günü Pike National Meşəliyindən başlamış və 6,000 hektardan çox ərazini əhatə etmişdir. Bir neçə gün davam edən 37 dərəcəlik hava temperaturu və güclü küləyin müşayiəti yanğını daha da alovlandırıb. Cümə günü sərinləşən havalar və nisbətən sakit əsən külək yanğını 15 faiz təcrid edib.

Yanğının səbəbləri hələ də müəyyən olunmayıb. Federal Təhqiqat Bürosu hadisədə cinayət əməlinin olub-olmadığını araşdırır.
XS
SM
MD
LG