Accessibility links

Prezident Əliyev: Ermənistan müxtəlif vasitələrlə Madrid prinsiplərinin qəbulundan imtina edir


Prezident Əliyev: Ermənistan müxtəlif vasitələrlə Madrid prinsiplərinin qəbulundan imtina edir
Prezident Əliyev: Ermənistan müxtəlif vasitələrlə Madrid prinsiplərinin qəbulundan imtina edir

Dövlət başçısı Rusiya prezidentinin təşəbbüsü ilə baş tutan Soçi görüşündə Azərbaycan birmənalı olaraq bu prinsipləri qəbul etdiyini bildirib.

“ATƏT-in Minsk qrupuna həmsədr ölkələrinin dövlət başçılarının son bəyanatı ümidvericidir. Bu bəyanatda Helsinki Yekun Aktı əsas götürülüb və orada status-kvonun dəyişdirilməsi xüsusilə vurğulanır. Belə olan halda isə Azərbaycan torpaqları işğaldan azad olunmalıdır”. Prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında bu bəyanatla münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesindəki son duruma münasibət bildirib.

Dövlət başçısı Ermənistanın 20 ildir ki, status-kvonun dəyişdirilməsini istəmədiyini bildirib. “Üçüncü mühüm amil isə həmsədr ölkələrin münaqişənin həlli ilə bağlı fəallıqlarını artırmalarıdır. Dağlıq Qarabağ münaqişəsinin Praqa, sonra isə Madrid prinsipləri üzrə nizamlanması ilə bağlı danışıqlar aparılıb. Minsk qrupunun həmsədrləri hər iki tərəfə yenilənmiş Madrid prinsiplərini 2009-cu ildə təqdim edib. Rusiya prezidentinin təşəbbüsü ilə baş tutan Soçi görüşündə Azərbaycan birmənalı olaraq bu prinsipləri qəbul etdiyini bildirib. Ermənistan isə müxtəlif vasitələrlə bu prinsiplərin qəbulundan imtina edir”.

Madrid prinsiplərinin mahiyyəti barədə məlumat verən dövlət başçısı indi yeni vəziyyətin yarandığını, Azərbaycanın isə yenə də konstruktivlik göstərdiyini diqqətə çatdırıb. “Bütün dünyanın, Avropa qurumlarının, xüsusilə də həmsədr ölkələrin bu məsələyə olan münasibətinə baxmayaraq, Ermənistanın son günlərdəki hərəkətləri başadüşülməzdir. Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar danışıqların ruhuna ziddir. Son illərdə beynəlxalq birliyin fəallaşmasının əsas səbəblərindən biri də güclü Azərbaycan dövlətinin və ordusunun mövcudluğudur”.

Prezident Əliyev Azərbaycanın problemin tezliklə həllində ən çox maraqlı tərəf olduğunu bildirib.

XS
SM
MD
LG