Accessibility links

Prezident jurnalistlərə mükafatlar təqdim edib


Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb
Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb

İyulun 22-də qeyd olunan Milli Mətbuatın 140-cı ildönümü Günü münasibəti ilə prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb.

“Milli mətbuatımızın böyük tarixi olması ilə qürur duya bilərik və müstəqillik illərində mətbuat tamamilə azad və müstəqil şəkildə fəaliyyət göstərməyə başlayıb”, İlham Əliyev bildirib.

Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb
Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb

Onun sözlərinə görə, 1998-ci ildə senzuranın ləğvi ilə milli mətbuat tarixində yeni mərhələ açılıb. Əliyev həmçinin Mətbuat Şurasının işini yüksək qiymətləndirib.

Mətbuatın inkişafı üzrə islahatlar uğurla həyata keçirilir, milli KİV “cəmiyyətin strateji maraqları ətrafında birləşib, narahat edən məsələlər üzrə baxışlarda fərq yoxdur”.

Mətbuat milli strateji maraqları beynəlxalq səviyyədə müdafiə etməlidir, deyə Əliyev bildirib. Onun fikrincə, son illər bu məsələdə ciddi dönüş baş verib.

Eyni zamanda, o, ciddi tədbirlər ərəfəsində xarici mətbuatda Azərbaycana qarşı kampaniyaların “əlaqələndirilmiş” xarakterli olmasından şikayətlənib.

Erməni lobbisinin və digər dairələrin həyata keçirdiyi qarayaxma kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir, deyə o qeyd edib.

Əliyev həmçinin Azərbaycan haqqında həqiqətin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mətbuatın rolunun artırılması zərurətini vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov prezidentə mətbuat diqqət və qayğısına görə prezidentə təşəkkür edib. Mətbuat Şurası prezident İlham Əliyevə xüsusi mükafat verib. Şuranın sədri bildirib ki, prezident "milli maraqların qorunmasındakı qətiyyətli mövqeyinə görə" təltif edilir.

Daha sonra o, mətbuatın inkişafına dəstək vəd edib və Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinə dövlət başçısının 20 iyul tarixli sərəncamı ilə layiq görüldükləri mükafatları təqdim edib.

XS
SM
MD
LG