Accessibility links

Dünya boyu münaqişələrin artması ilə jurnalistlərin öldürülməsi və həbsə atılması halları da artıb


COVID-19 pandemiyası zamanı tətbiq edilən məhdudiyyətlərin yumşaldılması 2022-ci ildə daha çox jurnalistin işinin artması demək oldu. Bu, eləcə də münaqişələrin artması ilə jurnalistlərin öldürülməsi və həbsə atılması hallarında sıçrayış yaratdı.

Meksikada zorakılıqlar, Ukraynada müharibə, repressiv qanunlar və mediaya qarşı təzyiqlərlə müşayiət olunan 2022-ci il çətin il oldu.

İranda etirazları işıqlandırdıqları üçün jurnalistlərin həbsi,
İordan çayının qərb sahilində baş verən toqquşmalar zamanı jurnalistlərin öldürülməsi, həbsləri və onlara qarşı zorakılıqlar ən yüksək həddə çatıb.

Media müşahidəçilərinin bildirdiyinə görə, 2022-ci ildə mətbuat azadlığı səviyyəsi aşağı düşüb. "Sərhədsiz Reportyorlar" təşkilatından Kleyton Vimers: "Çox təəssüf ki, biz dünya boyu həbs edilən, girov saxlanılan və öldürülən jurnalistlərin sayında kəskin artım müşahidə etdik".

Sərhədsiz Reportyorlar təşkilatı bildirir ki, bu il 533 jurnalist həbs edilib, 57 jurnalist öldürülüb. Çin, Myanma və İran jurnalistlərin ən çox həbs edildiyi yerlər olduğu halda, Meksika, Ukrayna və Haiti 2022-ci ildə jurnalistlərin öldürüldüyü ölkələrdir.

Rusiyanın Ukraynadakı müharibəsi böyük iz buraxıb. Moskva xəbərləri boğmağa yönəlmiş repressiv qanunlar tətbiq etdi ki, bu da məşhur xəbər agentliklərinin bağlanmasına səbəb oldu.

Ukraynada jurnalistlər işçilərin təhlükəsizliyini qorumağa və auditoriyanı məlumatlandırmağa çalışırlar. Ukraynalı jurnalist Olqa Rudenko: "Hər hansı bir müharibəni işıqlandırmaq heç vaxt asan olmur, xüsusilə də bu, sizin ölkənizdə gedən müharibədirsə. Siz sadəcə hadisə yerinə gedən və sonra təhlükəsiz evinizə qayıdan jurnalist deyilsiniz. Lakin bura sizin üçün təhlükəsiz deyil. Ailəniz üçün təhlükəsiz deyil".

Lakin müharibə zonaları media üçün yeganə təhlükə deyil. Meksikada zorakılıqlar və jurnalistlərin məqsədyönlü şəkildə öldürülməsi ölkənin ən ölümcül ili olub. Oradakı media nəzarətçiləri fəsadların geniş olduğunu deyir. "Bizi ən çox narahat edən ölümlə nəticələnən zorakılıqdır. Çünki jurnalist öldürüləndə ikiqat qətl kimi olur. Həm insanın öldürülməsi və hekayələrin və araşdırmaların susdurulması" deyə, meksikalı jurnalist Pola Sausedo bildirir.

Çin medianın aparıcı senzurası olmaqda davam edir və onun təsiri Honq Konqda da hiss olunur. Analitiklər hesab edirlər ki, "Apple Daily" təsisçisi Cimmi Layın yüksək profilli məhkəməsi mesaj göndərmək üçün istifadə olunur. Honq Konqun "Xarici Müxbirlər Klubu"ndan Kit Riçborq: "Beləliklə, bu milli təhlükəsizlik halları ilə hər kəsi xəbərdar edir ki, əgər bu, Cimmi Lay kimi görkəmli və zəngin birinin başına gəlibsə, hər kəsin başına gələ bilər."

Əfqanıstanda olduğu kimi repressiv hökumətlər etibarlı xəbərlərə girişi əngəlləməyə çalışır. Taliban Amerikanın Səsinin radio yayımına qadağa qoyub, lakin jurnalistlər buna davam edəcəklərini deyir. Şaistə Sədat Lami: "Onlar bizə güvənir və bizi eşitmək istəyir. Və nə olursa olsun, bizi tapacaqlar".

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG