İyulun 1-dən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb. Yanacaq 0.10 manat bahalaşaraq 1.20 manat olub.
"Bahalaşma adıçəkilən markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır", Yasamal rayonundakı benzindoldurma məntəqələrindən biri bildirib.
Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1.20 manatdan 1.10 manata endirilmişdi.
Bu benzin Azərbaycanda istehsal olunmur, xaricidən idxal edilir. Odur ki, satış qiyməti dünya neft bazarındakı tendensiyalarına bağlı olur.
Azərbaycanda Aİ-92 markalı benzin daha çox istifadə edilir və yerli istehsal olduğu üçün qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.