Portuqaliyada baş verən meşə yanğınları artıq iki həftədir davam etməkdədir. Yanğının təsirinə məruz qalan yüzlərlə insan evlərindən köçmək məcburiyyətində qalıb.
Bazar ertəsi Vətəndaş Müdafiə Təşkilatının sözçüsü bildirib ki, son iki gün ərzində yanğınlar nəticəsində 45 nəfər yaralanıb.
Rəsmilər deyirlər ki, yanğınların miqyası bir qədər azalsa da, Kastelo və Koimbra da daxil olmaqla ən azı 10 ərazidə vəziyyət təhlükəli olaraq qalır.
İspaniyadan və Mərakeşdən olan yanğınsöndürənlər Portuqaliyaya kömək etmək üçün ölkəyə gəlib. Portuqaliya iyun ayında 64 nəfərin həyatını itirdiyi yanğın da daxil olmaqla son zamanlar meşə yanğınlarının təsirinə məruz qalır.