Accessibility links

Poroşenko Ukrayna və Rusiya arasında dostluq sazişinə son qoyulması haqda qərarı imzalayıb


Ukrayna prezidenti Petro Poroşenko Ukrayan və Rusiya arasında dostluğa dair müqavilənin ləğvinə dair qanuna imza atıb.

Ukrayna prezidentinin veb səhifəsində yerləşdirilmiş video şərhdə Poroşenlko qanun layihəsini “kolonial keçmişlə əlaqələrin bütünlüklə kəsilməsinə və Avrop istiqamətində oriyentasiyayaya dair bizim irəliyə doğru strategiyamızın bir hissəsi” adlandırıb.

Müqavilənin müddəti martın 31-də bitir. Ukraynanın Ali Radası dekabrın 6-da Poroşenkonun müraciəti əsasında Ukrayna və Rusiya arasında dostluq sazişinin ləğv edilməsi məsələsini səsverməyə çıxararaq, onun müddətinin uzadılmamasına səs verib. Bu haqda qərar noyabrın 15-də Rusiyanın hərbi gəmilərinin Ukraynanın iki hərbi gəmisinə atəş açması, Ukrayna Hərbi Dəniz Donanmasının daha bir gəmisini isə blok etməsindən sonr verilib.

Rusiya Ukrayna dənizçilərini ölkənin su hövzəsinə qeyri-qanuni daxil olmaqda ittiham edib və faktiki olaraq Ukrayna Hərbi Dəniz Donanmasının üç gəmisini ələ keçirib. Ukraynanın 24 dənizçisi Rusiya sərhədini qeyri-qanuni olaraq keçməkdə ittiham edilib.

Rusiya və Ukrayna arasında Dostluq və Əməkdaşlıq Sazişi 31 may 1997-ci ildə prezident Leonid Kuçma və Boris Yeltsin tərəfindən imzalanıb.

Müqaviləyə əsasən, Rusiya və Ukrayna “bir-birinin ərazi bütövlüyünə hörmət etmək və hazırkı qarşılıqlı sərhədlərin toxunulmazlığını təsdiq etməyə” borcludur.

Sənəddə həmçinin deyilir ki, Ukrayna və Rusiya ikitərəfli münasibətləri “suveren bərabərliyə qarşılıqlı hörmət, sərhədlərin toxunulmazlığı, fərqlərin güc tətbiq edilmədən və güc tətbiq edilməsi təhlükəsi olmadan sülh yolu ilə həlli prinsipi əsasında” qurmalıdır.

Ukrayna hökumət qüvvələri Rusiyanın Krım yarımadasını ilhaq etməsindən az sonra, 2014-cü ilin aprel ayından ölkənin şərqində Moskva tərəfindən dəstəklənən separatçılara qarşı mübarizə aparır.

Moskvanın Ukraynanın daxili işlərinə müdaxilə etdiyini inkar etməsinə baxmayaraq, Beynəlxalq Cinayət Məhkəməsi 2016-cı ilin noyabr ayında Ukraynanın şərqində döyüşlərin “Ukrayna və Rusiya Federasiyası arasında beynəlxalq silahlı münaqişə” olduğu haqda qərar çıxarıb.

XS
SM
MD
LG