Accessibility links

Pompeo Pxenyanın tələbini rədd edib


ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyanın Trampın baş müzakirəçisi kimi danışıqlarda iştirakını istəməməsini elan etdikdən sonra Pxenyanın cağırışını rədd edib.

Pompeonun danışıqlardan imtina etməyəcəyini deməsi nüvəsizləşməyə dair dalana dirənmiş müzakirələrin bərpasına qeyri-müəyyənlik gətirib.

Birləşmiş Ştatlarla Şimali Koreya arasında nüvə danışıqları fevral ayında ABŞ prezidenti Donald Tramp ilə Kim Conq Un arasında Hanoyda baş tutan sammitdə heç bir razılıq əldə olunmayandan bəri dayandırılıb.

Tramp Kimin sanksiyaların yüngülləşdirilməsi qarşılığında nüvə silahları proqramını tamamilə ləğv etməsini istəyir. Kim isə nüvəsizləşdirmə yolunda məhdud addımlar atmağı təklif edib.

Kim gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşmək və mümkün iqtisadi yardım əldə etmək üçün Rusiyaya səfər edəcək.

"Heç bir şey dəyişməyib. İşimizi davam etdiririk. Mən hələ də komandaya rəhbərlik edirəm" - deyə, Pompeo müxbirlərə bildirib.

Dövlət katibi bu bəyanatla müdafiə naziri Patrik Şanahan, Yaponiyanın xarici işlər naziri Taro Kono və müdafiə naziri Takeşi İvaya ilə keçirilən birgə mətbuat konfrasında çıxış edib.

Bu, Pxenyanın yeni taktiki silahın sınaqdan çıxmasını bildirməsindən sonra verilən ilk bəyanatdır.

Pxenyanın hansı silahı sınaqdan keçirəcəyi barədə məlumat verilməyib, lakin “taktiki” sözü onun Birləşmiş Ştatlara çata biləcək uzunməsafəli balistik raket olmadığına işarə edir.

Şimali Koreya bir ildən artıqdır, Kim Birləşmiş Ştatlar və Cənubi Koreya ilə danışıqlara başlayandan bəri nüvə raketi və ya uzunməsafəli raket sınağı keçirməyib.

XS
SM
MD
LG