Accessibility links

Pompeo ABŞ-ın kürdləri qorumaq üçün Türkiyə ilə razılıq əldə edəcəyinə əmindir


ABŞ dövlət katibi Mayk Pompeo xanımı Susan Əbu Dabi Beynəlxaq Hava Limanında təyyarədən emir. 11 yanvar, 2019.
ABŞ dövlət katibi Mayk Pompeo xanımı Susan Əbu Dabi Beynəlxaq Hava Limanında təyyarədən emir. 11 yanvar, 2019.

Türkiyənin əksini edəcəyinə söz verməsinə baxmayaraq, ABŞ dövlət katibi Mayk Pompeo şənbə günü bildirib ki, o, Amerika qoşunları Suriyadan çıxandan sonra iki ölkənin orada ABŞ-ın dəstəklədiyi kürd üsyançıları qorumaq yolu üzərində razılıq əldə edəcəyinə əmindir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışandan sonra Pompeo deyib ki, razılıq üzərində hələ də işlər gedir, amma elə bir razılıq əldə oluna bilər ki, türklər kürdlərə təhlükə yaratmadan ölkələrini müdafiə etməyə davam edə bilsin.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu

ABŞ-ın ən yüksək vəzifəli diplomatı deyib ki, o, Suriyada ABŞ qüvvələri ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparan kürdlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürd “terrorçularına”qarşı hərbi əməliyyatlar aparmaq vədləri səbəbilə təhlükə altında deyil.

“Biz Türkiyə xalqının haqlarını və prezident Ərdoğanın ölkəsini terrorçulardan müdafiə etmək hüququnu tanıyırıq. Lakin biz həm də bilirik ki, terrorçu olmayan, bütün bu zaman ərzində bizimlə yanaşı döyüşənlər müdafiə olunmağa layiqdirlər və biz əminik ki, biz hər iki tərəf üçün faydalı nəticə əldə bilərik, yəni həm türkləri həqiqi terror təhlükələrindən qoruya və Türkiyə üçün terror riski yaratmayan insanlara qarşı hər hansı risklərin qarşısını alarıq”, Pompeo müxbirlərə bildirib.

“Biz bu məsələni müzakirə etmişik. Bir çox detal üzərində hələ də işlər aparılır amma mən nikbinəm ki, biz yaxşı nəticə əldə edəcəyik” – deyə, Pompeo Çavuşoğlu ilə telefon danışığlndan sonra söyləyib.

O heç bir detal paylaşmayıb, lakin deyib ki, ABŞ-ın Suriya və İŞİD-ə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Cim Ceffri ötən həftənin əvvəli məsələni həll etmək üçün Suriyanın şimalına səfər edib və müzakirələri davam etdirmək üçün Türkiyəyə geri dönəcək.

Türkiyə Suriyanın kürd qruplarını terrorçu hesab edir və onlara hücum etməyi vəd edib. Hədələr son günlərdə ABŞ president Donald Trampın əmri üzərinə Suriyadan geri çəkilməyə başladığı zaman intensivləşib.

Biz bu məsələni müzakirə etmişik. Bir çox detal üzərində hələ də işlər aparılır amma mən nikbinəm ki, biz yaxşı nəticə əldə edəcəyik.
Mayk Pompeo

Cümə günü Suriya sərhədi yaxınlığında yerləşdirilən Türkiyə qoşunlarını ziyarət edən Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, onun ölkəsi terrorçu hesab etdiyi kürd yarı-hərbi dəstələrinə qarşı döyüşməkdə qətiyyətlidir. O deyib ki, hərbi hazırlıqlar davam edir.

Pompeo və ABŞ-ın milli təhlükəzilik müşaviri Con Bolton kürdlərə bənzər vədlər edib. Ərdoğan və Türkiyənin digər rəsmiləri isə bu vədləri qınayıb.

Ərdoğan ötən həftə Boltonun məsələ ilə bağlı şərhlərini inkar edib. O, bu şərhlərin “ciddi səhv” olduğunu və Türkiyənin “bu məsələdə heç bir güzəştə gedə bilməyəcəyini” deyib.

Türkiyə israr edir ki, hərbi fəaliyyəti Suriyada terrorçu olaraq gördütü YPG kürd döyüşçülərinə yönəlib, kürd xalqına deyil. Türkiyə uzun zamandır bu mövqedədəir və Suriyada sülhün bərpasında kürdlərin hər hansı rolunu rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG