Accessibility links

Polşanın sonuncu kommunist lideri Voyçex Yaruzeslki dünyasını dəyişib


Lex Valensa (sağda) xəstəxənada Voyçex Yaruzelskini ziyarət edən zaman
Lex Valensa (sağda) xəstəxənada Voyçex Yaruzelskini ziyarət edən zaman
Polşanın sonuncu kommunist lideri Voyçex Yaruzeslki 90 yaşında dünyasını dəyişib.

Cənab Yaruzeslki Polşa fəhlələrinin yaratdığı “Solidarnost” hərəkatını dağıtmaq və kommunist rəhbərliyi qorumaq üçün 1981-ci ildə ölkədə qadağan saatı tətbiq etmişdi.

İkinci Dünya müharibəsi vetranı və keçmiş müdafiə naziri olan Voyçex Yaruzelski “Solidarnost” hərəkatı və başqa qruplarla Polşada radikal dəyişikliklərə yol açan danışıqlar aparmışdır. 1989-cu ildə o, parlament tərəfindən prezident seçilmiş və “Solidarnost” hərəkatının lideri Lex Valensa 1990-cı ildə prezident olana qədər bu vəzifədə qalmışdır.

Varşavada Hərbi tibbi institutun xəstəxanasından verilən məlumata görə, cənab Yaruzelski uzun sürən xəstəlik nəticəsində vəfat etmişdir.
XS
SM
MD
LG