Konqo Demokratik Respublikasında insan haqları fəalının ölümü barədə aparılan təhqiqatın bir hissəsi kimi ölkənin ali polis zabitinə töhmət verilib. Daxili İşlər Nazirliyinin rəsmiləri deyir ki, Floribert Çebeyanın qətlinin sərbəst şəkildə araşdırılması üçün Dövlət Polis İdarəsinin rəisi Con Numbi vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılıb. Çebeyanın cəsədi çərşənbə günü paytaxt Kinşasada avtomobilin içərisindən tapılmışdı. Fransa mətbuatı bildirir ki, polis polkovniki Daniel Mukalat Çebeyanın qətlində Numbinin əli olduğunu iddia edib.
Fransa mətbuatı bildirir ki, polis polkovniki Daniel Mukalat insan haqları fəalının qətlində polis rəisinin əli olduğunu iddia edib